STEM

Şirkət haqqında:
STEM - milli və xariсi siyasət, iqtisadiyyat, hüquq, sosial elmlər və təhlükəsizlik sahəsində aktual məsələləri təhlil edən müstəqil analitik mərkəzdir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti post-sovet məkanında baş verən hadisələr haqqında cəmiyyəti dolğun və qərəzsiz təhlili materiallarla təchiz etməkdir. Mərkəzin məqsəd və vəzifələrinə aktual hadisələrin qiymətləndirilməsi, habelə ictimai və siyasi təşkilatları, ekspert və elmi dairələri, medianı keyfiyyətli təhlili materiallar ilə təchiz olunması üçün praktik tövsiyələrin hazırlanmasıdır.
Bundan əlavə STEM, milli və beynəlxalq səviyyədə təhsil proqramları, kurslar və konfranslar təşkil edir. Mərkəz beynəlxalq münasibətlər, iqtisadiyyat, tarix və etnoqrafiya sahələrində tədqiqat işləri ilə məşğul olan alimlər, aspirantlar, tələbələr üçün əməkdaşlığa açıqdır.
Əlaqə vasitələri:
Beynəlxalq Əlaqələr üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Xarici universitetlər, təşkilatlar və şirkətlərlə əməkdaşlıq layihələrinin hazırlanması və icrası;
- Beynəlxalq tədbirlərdə (forum, sərgi, konfrans) STEM-LAB-ı təmsil etmək;
- Müqavilə və əməkdaşlıq sənədlərinin hazırlanmasına dəstək vermək;
- Xarici tərəfdaşlarla yazışmaların və danışıqların aparılması;
- İllik beynəlxalq əməkdaşlıq strategiyasının hazırlanmasına töhfə vermək.
Tələblər:
- Ali təhsil (Beynəlxalq münasibətlər, İqtisadiyyat, İdarəetmə və ya oxşar sahələr üzrə);
- Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Güclü analitik düşüncə, təqdimat və ünsiyyət bacarıqları;
- Komanda ilə işləmə və müstəqil qərar vermə bacarığı;
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.
Biz təklif edirik:
- Əmək haqqı: 2350 AZN (Net)
- Dinamik və innovativ mühitdə işləmək imkanı;
- Karyera inkişafı üçün beynəlxalq layihələrdə iştirak;
- Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya paketi.