Azericard

Şirkət haqqında:
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Əlaqə vasitələri:
Operator call center
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan, Rus və İngilis dillərini bilməsi mütləqdir;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
- Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı;
- Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
- Böyük həcmdə işlərə hazırlıq;
- Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
- Kompüter proqramların bilmə bacarığı;
- Növbə ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla).
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin qəbulu və emalı;
- Müştərilərə kartlarla əməliyyatlar üzrə və kart hesabların informasiyası və konsultasiyası ilə təmin edilməsi;
- Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
- Kart sahiblərindən olan sorğu və müraciətlərlə bağlı sənədləşdirilməsi;
- Müştəri sorğuların emalı;
- Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi ;