KEPRO ESTHETİC klinikası

Şirkət haqqında:
Əlaqə vasitələri:
İT dəstək üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan texniki nasazlıqların aradan qaldırılması yardımın göstərilməsi və problemlərin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi;
- İstifadəçilərin texniki müraciətlərinə cavab verilməsi, problemləri məsafədən və ya yerində aradan qaldırılması;
- Kompüter avadanlıqlarının (Printer, skaner və digər periferiya avadanlıqları) quraşdırılması, texniki qulluğun göstərilməsi, nasazlıqların aradan qaldırılması;
- Əməliyyat sistemlərinin (Windows və s.) quraşdırılması, sazlanması və bərpası;
- Ofis proqram təminatının (MS Office və s.) quraşdırılması və istifadəçilərə dəstək;
- İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi;
- Lazımi yeni lisenziyaların, proqram təminatının, avadanlıqların və digər İT sifarişlərin həyata keçirilməsi işinin təşkil edilməsi;
- İstifadəçilər üçün tətbiqi proqram təminatının quraşdırılması, sazlanması və yenilənməsi;
- Tətbiqi proqram təminatının (yerli proqramlar daxil olmaqla) quraşdırılması və konfiqurasiya edilməsi.
- Şəbəkə bağlantısının yoxlanılması, nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının (router, modem) ilkin konfiqurasiyaların edilməsi və quraşdırılması;
- Antivirus sistemlərinin quraşdırılması və yenilənməsi;
- Müxtəlif proqram təminatları üzrə istifadəçi dəstəyi göstərilməsi və istifadəçiləri təlimatlandırma;
- Mövcud sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və onların yerinə yetirilməsində iştirak;
- Texniki sənədləşmənin və konfiqurasiya sxemlərinin aparılması, yenilənməsi və müntəzəm saxlanılması;
- Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyəti tapşırıqları yerinə yetirmək və şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək.
Tələblər:
- Minumum 1 il iş təcürbəsi
- Azərbaycan dili səlist, ingilis orta səviyyədə olması mütləqdir.
- Sistemin ilkin anlayışları (Domain, DC, DHCP, DNS, AD)
- Şəbəkənin ilkin anlayışları (OSİ, TCP/İP, VLAN, Cabling, İP, Subnet Mask)
- Virtualizasiya və Cloud anlayışları
- Şəbəkə Printerlərlə iş üzrə bilik və iş təcrübəsi;
- Kompyuter avadanlığının təmiri və montajı;
- Komanda ilə işləmək bacarığı, lazım gəldikdə sərbəst iş saatlarına uyğunlaşa və növbəli iş saatı ilə işləyə bilən.
- Diqqətlilik, analitik düşüncə bacarığı, həll yolunun tapılması üçün çalışan məntiqə sahib biri
- Aktiv və məsuliyyətli olması, ünsiyyət bacarığı,
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müstəqil işləmək bacarığı
İş Şəraiti:
- İş qrafiki: 5 iş günü 1-5-ci gün 09:00 – 18:00, (Şənbə və Bazar günü istirahət)
- Əmək haqqı: start 700 azn (net)