“OBA Market” MMC

Şirkət haqqında:
“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Təsvir
- Təşkilati inkişaf və dizayn üzrə siyasət və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Təşkilati strukturların, vəzifələrin yaradılması və ya redizaynı zamanı strukturun təşkilati prinsip və qaydalara uyğunluğunu təmin etmək;
- Yeni struktur və ya vəzifələrin yaradılması zamanı müvafiq rəhbərlərlə görüşlər keçirmək, struktur diaqramlarını hazırlamaq və yeniləmələri sistemə daxil etmək;
- Təşkilati rolların (funksiya və vəzifələrin) təkrarlanmamasını və aydın şəkildə bölüşdürülməsini təmin etmək;
- Təşkilati dəyişikliklər zamanı funksiyaların, sub-funksiyaların və rolların qurumlar arasında keçidini izləmək və keçidin tam və ardıcıl aparılmasına nəzarət etmək;
- Əməkdaşların inkişafını dəstəkləmək və performanslarının obyektiv qiymətləndirilməsinə töhfə verən layihələrdə iştirak etmək;
- Təşkilati strukturlar üzrə hesabatlar və təqdimatlar hazırlamaq;
- Ştatların optimallaşdırılması çərçivəsində yeni ştatların yaradılması və ya mövcud ştatların ləğvi ilə bağlı təhlillər aparmaq və əsaslandırmalar hazırlamaq.
Tələblər
- Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Təşkilati inkişaf və struktur dizaynı sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yaxşı səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, strukturlaşdırma və sənədləşdirmə bacarığı;
- Komanda ilə işləmək və müxtəlif struktur rəhbərləri ilə effektiv ünsiyyət qurmaq bacarığı.
- Analitik düşünmə, detallara diqqət bacarıqları
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- servis xidməti
- Korporativ nömrə