Evrostar Cleaning Company

Şirkət haqqında:
Evrostar Təmizlik Şirkəti – müxtəlif məkanlara və onlara aid olan ərazilərə geniş xidmətlər spektrinin təqdim edilməsi sahəsində etibarlı təmizlik şirkətidir.
Evrostar Təmizlik Şirkəti 2010-cu ildən daşınmaz əmlakın idarə edilməsi və daşınmaz əmlaka kompleks təmizlik xidməti göstərilməsi üzrə fəaliyyət göstərir. Peşəkar texnika, təcrübəli işçi heyəti yüksək iş əmsalının və keyfiyyətli təmizliyin zəmanətidir. Müxtəlif biznes sahələrinə aid olan daşınmaz əmlaklara xidmət göstərilməsi ilə bağlı çoxillik təcrübə şirkətimizə xidmət bazarında qabaqcıl yerlərdən birini tutmağa imkan yaradır. Bu isə öz növbəsində, müştəriləri xidmət göstərilən obyektlərin yerləşmə yerindən və sayından asılı olmayaraq, maksimum keyfiyyət səviyyəsi və vahid standartlarla təmin edir. Biz bütün işlərimizi xüsusi materiallardan, avadanlıqlardan, ekologiya və sizin sağlamlığınız üçün təhlükəsiz olan kimyəvi maddələrdən istifadə etməklə yerinə yetiririk.
Evrostar Təmizlik Şirkətinin komandası – bu təmayül üzrə təhsil alan, iş təcrübəsi dinamik inkişaf edən biznes şərtləri əsasında yaranan peşəkarlar, istənilən mürəkkəb tapşırığı yerinə yetirməyə hazır olan gənc və məqsədyönlü kollektiv, keyfiyyətli və zəmanətli servis təqdim etməklə, müştərini əlavə qayğılardan azad etməyə yönələn vahid və ümumi məqsədə xidmət edən həmfikirlər deməkdir.
Əlaqə vasitələri:
Çamaşırxana şöbəsinin müdiri
KARABAKH-STAR SERVİCES MMC
Əsas vəzifə və öhdəliklər:
- Camaşırxananın fəaliyyətinə nəzarət edilməsi, həmin fəaliyyətin müəyyən edilmiş standartlara və təsərrüfat işləri üzrə müdirin təlimatlarına əsasən və ya onun köməyi ilə davam etdirilməsi üçün məsuliyyət daşıyır.
- İşlərin necə icra etmək lazım olduğunu yaxşı bilir və əlaqədar keyfiyyət meyarlarından xəbərdardır.
- Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
- Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
- Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
- Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
- Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
- Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
- Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
- Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır, lazım olarsa bu işlərdə özü də iştirak edir.
- Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir, camaşırxana işçilərinin də bu qurğu və avadanlıqları necə işlətməsinə nəzarət edir.
Namizədə qarşı tələblər:
- Ali və ya orta ixtisas təhsilli
- Camaşırxana və ya təmizlik sahəsində ən azı 3-5 illik iş təcrübəsi
- Kimyəvi maddələrlə işləmə bacarığı
İş Şərtləri:
- • İş vaxtı: həftədə 6 gün (1 həftə 5 gün -1 həftə 6 gün);
- • Əmək haqqı: 1500 AZN (müsahibə zamanı təyin olunur)
Qeyd; İş yeri Qarabağ-Xankəndi
Ev Transport və yemək Şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər mövzu yerində “Camaşırxana şöbəsinin müdiri” yazmaqla öz CV-lərini hr@evrostar.az; sales.evrostar@gmail.com ünvanına göndərə bilərlər.
Əlaqə nömrələri;
- (+994) 055 213 83 48
- (+994) 055 213 47 82
- (+994) 055 213 83 92