Tender və Satınalma üzrə Mütəxəssis
İş yeri: Bakı şəhəri, H. Əliyev prospekti, Qafqaz Biznes Mərkəzi
Vəzifə öhdəlikləri:
- Dövlət və özəl sektor tenderlərini izləmək, sənədləşməni hazırlamaq və təqdim etmək;
- Şirkətin satınalma proseslərində mövcud satınalmaçılara dəstək;
- Xarici təchizatçılarla danışıqlar aparmaq, ən sərfəli qiymət və şərtləri əldə etmək;
- Tender satışlarını həyata keçirmək və satış hədəflərinə çatmaq;
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər:
- Ali təhsil;
- Tender və/və ya satınalma sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili üstünlükdür;
- Yüksək məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
- Danışıqlar aparmaq və təqdimat bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək.
Təkliflərimiz:
- Rəsmi əmək müqaviləsi;
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
- Peşəkar inkişaf və karyera perspektivi;
- Rahat və dəstəkçi iş mühiti;
- Maaş 700-1000 AZN + bonus
- İş qrafiki: 1-5 günlər. 09:00 – 18:00