ATEF Şirkətlər Qrupu

Şirkət haqqında:
ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir.
1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır.
Şirkətimiz uzun illər qlobal enerji sənayesinin ən yüksək standartlarına cavab vermək üçün doqquz regional zavodunda yeni tədqiqat və istehsal sahələrinə, eləcə də müasir texnologiyalara sərmayə qoyub. Şirkətin nəzdində həmçinin layihə-konstruktor bürosu, tikinti-quraşdırma, eləcə də mexanizasiya və nəqliyyat idarələri də fəaliyyət göstərir. Biz texnoloji istehsal proseslərini daim təkmilləşdirməklə yanaşı, səriştəli və peşəkar kadrların hazırlanmasına da böyük önəm veririk.
Əlaqə vasitələri:
Elektrik mühəndisi (Transformator layihəçisi)
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Transformator haqqında ilkin tələbləri oxumaq və analiz etmək;
- Verilmiş tələblərə uyğun layihə hazırlamaq;
- Tender sənədlərini hazırlamaq;
- İstehsal olunacaq transformatorların layihə sənədlərinin hazırlanması;
- Transformatorun elektrik avadanlıqlarını seçmək.
Tələblər:
- Ali təhsilli (elektrik mühəndisliyi üzrə bakalavr və ya magistr),
- Elektrik maşınları (xüsusilə transformatorlar) barəsində təməl biliklərə sahib olmalı.
- Elektrotexnikanın əsaslarını bilməli.
- ГОСТ 11677-85 və IEC 60076 standartları haqqında məlumatlı olmalı.
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
- AutoCad və MS Office proqramlarında işləməyi bilməli.
- Yeni biliklər öyrənməyə yüksək motivasiya və maraqlı olmalı.
- Transformatorlar və ya enerji sistemləri mövzusunda layihə və ya təcrübə keçməsi arzuolunandır.
- Zavod daxili təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalı.
- Dil biliyi : İngilis və Rus dili
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığına malik olmalı;
- Məsuliyyətli, diqqətli və dəqiq olmalı;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik Mühəndisi” Mövzu bölməsində göstərin.