HR Option

Şirkət haqqında:
Şirkət haqqında
HR Option şirkəti – ölkəmizdə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə müxtəlif növ xidmətlər göstərməkdədir.
Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar komandası ilə HR Option şirkəti biznes proseslərinin, həmçinin İnsan Resursları fəaliyyətlərinin tənzimlənməsi, düzgün və effektiv iş axışlarının qurulması, proseslərin avtomatlaşdırılması və müasir insan resursları metodlarının tətbiqi, hesabatlılıq proseslərinin təkmilləşdirilməsi fəaliyyətləri üzrə dəyər yaratmaqdadır.
Həmçinin şirkətlərə göstərilən xidmətlərdən başqa HR Option şirkəti müasir iş dünyası üçün aşağıda göstərilən sahələr üzrə dəyərli kadrlar yetişdirərək, biznes mühitinə töhvə verməkdədir.
İnsan Resursları (HR):
– HR MBA
– Kadr İnzibatçılığı
– İşəqəbul Bacarıqları
-HR Biznes Partnyor
– Performansın İdarəedilməsi
– HR Planlama
– Motivasiya və Mükafatlandırma
İdarəçilik (Management):
– Effektiv İdarəetmə
– Menecment MBA
– Satışın İdarəedilməsi
– Marketinq İdarəedilməsi
Avtomatlaşdırma:
– HR Analitika və Hesabatlıq
– Google Avtomatlaşdırma
– Avtomatlaşdırılmış Kadr Sənədləşməsi
– HR Avtomatlaşdırma
Bazarın dəyişən şərtləri və tələblərinə uyğun olaraq dəyişimə getmək istəmiş birçox şirkətlərin uğur hekayəsində əvəzsiz xidmətləri olmuş HR Option şirkəti hər zaman daha yaxşı bir həll yolu təklif etməkdədir.
Bizim dəyərlərimiz:
Dürüstlük– Biz işimizdə daima dürüstlüyü üstünlük veririk və bunu işlədiyimiz şirkətlərə də tətbiq edirik
Məsuliyyət- Biz işimizdə daima məsuliyyətliyik. Şirkətlər qarşısında olan öhdəliklərimizi düzgün və məsuliyyətli şəkildə kefiyyətli icra edirik.
Sürət- Biz daima işlərimizdə sürətliyik.
Əlaqə vasitələri:
Əməliyyatlar üzrə Rəhbər Köməkçisi
Vəzifə öhdəlikləri:
- HR Option tərəfindən keçirilən təlimlərin koordinasiya olunması və təşkilati işlərin idarə edilməsi;
- Təlim iştirakçıları və təlimçilərlə daimi və effektiv kommunikasiyanın qurulması;
- Təlimlər üzrə qeydiyyat, materialların hazırlanması və zəruri texniki dəstəyin təmin edilməsi;
- HR Option-un həyata keçirdiyi layihələrin hazırlanmasında və icrasında aktiv iştirak;
- Təlim və layihələr üzrə hesabatların hazırlanması, proseslərin izlənməsi və təkmilləşdirilməsi üçün təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil (universiteti yeni bitirmiş namizədlər müraciət edə bilər);
- Təcrübə mütləq deyil, lakin tələbəlik dövründə könüllü fəaliyyətlər, layihə və təşkilati işlərdə təcrübə üstünlükdür;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- Komandada işləmək və eyni zamanda müstəqil qərar verə bilmək;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Daimi inkişaf etməyə və yeni biliklər öyrənməyə maraq;
Təklif edirik:
- Öyrənmə və inkişaf üçün imkanlar
- Şirkət daxilində təşkil edilən bütün təlimlərdə ödənişsiz iştirak imkanı
- Ölkə əhəmiyyətli Forum və Konfranslarda iştirak və təcrübə
- Şəbəkələşmə (Networking) üçün geniş imkanlar
İş şəraiti:
- İş qrafiki: İş qrafiki: 09:00 – 17:00 (6-cı günü natamam iş günü)
- Əmək haqqı: 500–600 AZN (Net)
- Ünvan: Nərimanov r., 1/25 Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi.