MPAY QSC

Biznes analitika üzrə qrup rəhbəri
Vəzifə öhdəlikləri:
- Bazar imkanlarının və sektor trendlərinin təhlil edilməsi, yeni məhsul və xidmətlər üçün fürsətlərin müəyyən olunması.
- Şirkətin satış, müştəri davranışı, gəlirlilik və əməliyyat göstəricilərinə dair analitik hesabatların hazırlanması.
- Gündəlik, aylıq və illik dashboard və analitik alətlərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Biznes proseslərinin mövcud vəziyyətinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
- Proqnoz modellərinin qurulması və müxtəlif ssenarilər üzrə analizlərin aparılması.
- Müxtəlif layihələr çərçivəsində məlumat təhlili və qərar dəstəkləyici sənədlərin hazırlanması.
- Komanda üzvlərinin tapşırıqlarının bölüşdürülməsi, fəaliyyətlərinin izlənilməsi və peşəkar inkişaflarının dəstəklənməsi.
- Analitik alətlərin (Power BI, SQL, Excel və s.) tətbiqi və inkişafı üzrə təşəbbüslərin irəli sürülməsi.
- İcra rəhbərliyinə və digər struktur rəhbərlərinə vaxtında, düzgün və biznesə dəyər qatan məlumatların ötürülməsi.
Tələblər:
- Minimum 3-5 il iş təcrübəsi
- ingilis dilini biliyi üstünlükdür
- Analitik düşünmə bacarığı
- Ofis proqramları, Power BI, SQL və Tableau ilə işləmək
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;