Aksent Design Group

Şirkət haqqında:
Agentlik 1998-ci ildən reklam xidmətləri bazarında mövcuddur. Bu iyirmi illik davamlı bir rəqabət tarixidir və buna görə də reklam və çap dünyasında öz sözünü deyir. Rəqəmsal çap, çöl reklamları, çap məhsullarının dizaynı sahəsində geniş xidmətlər təqdim edirik, həmçinin müxtəlif suvenir məhsulları və digər təqdimat materialları istehsalı xidmətləri təklif edirik. İşin keyfiyyəti çap və reklam sahəsindəki təcrübəmiz müştərilərimizə bizimlə əməkdaşlıqdan gözlənilən effekti tam təmin etməyə imkan verir. Əməliyyat çapı, hər hansı bir reklam ideyasının sizin üçün ən yaxşı həlli ilə təmin edirik. Kiçik sifarişlər istisna deyil.
Əlaqə vasitələri:
İnteryer Dizayn Üzrə Menecer (İnteryer və tikinti şirkəti üçün)
Vəzifə Öhdəlikləri:
- İnteryer dizayn layihələrini başlanğıcdan sonadək koordinasiya etmək və idarə etmək.
- Layihə planları, vaxt cədvəlləri və büdcələr hazırlamaq.
- Müştərilərlə görüşərək onların tələblərini və üstünlüklərini anlamaq.
- Dizayn komandalarına nəzarət etmək və layihə spesifikasiyalarına uyğunluğu təmin etmək.
- Podratçılarla əlaqələri idarə etmək və keyfiyyətə nəzarəti həyata keçirmək.
- Müştərilərə və rəhbərliyə müntəzəm hesabatlar və yeniliklər təqdim etmək.
Tələblər:
- İnteryer Dizaynı, Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- İnteryer dizayn layihələrinin idarə olunmasında 1 ildən artıq təcrübə.
- Güclü liderlik və komanda idarəetmə bacarıqları.
- Əla ünsiyyət və müştəri ilə münasibətlərin idarə olunması bacarığı.
- Dizayn proqramları və layihə idarəetmə alətlərindən istifadə bacarığı.
Bacarıqlar:
- Layihə İdarəetməsi
- AutoCAD
- SketchUp
- Adobe Creative Suite
- Büdcələşdirmə
- Müştəri ilə münasibətlərin qurulması
- Komandaya rəhbərlik
- Vaxtın idarə olunması
- Problemin həlli
İş rejimi:
- Maaş: 1000 AZN + BONUS
- 5 gün: 10:00-19:00
- 6-cı gün: 10:00-15:00
- Bazar günü istirahət
Müraciət üçün: CV və portfolio-nu mövzu hissəsində “İnteryer Dizayn Üzrə Menecer” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərin.