Sənədlərə nəzarət üzrə mütəxəssis
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqı;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Aconex sistemində layihəyə aid sənədlərin vaxtında yüklənməsi, təsnifatı və düzgün arxivləşdirilməsini təmin etmək;
- Layihə sənədlərinin versiya izlənməsi prosesini həyata keçirmək, sənədlərin aktual versiyalarının saxlanılmasını təmin etmək;
- Layihə sənədlərinin (tender sənədləri, müqavilələr, dizayn və test aktları və s.) uyğunluğunu yoxlamaq və layihə standartlarına cavab verməsini təmin etmək;
- Sənədlərin layihə prosedurları və standartlarına tam uyğunluğunu təmin etmək, zəruri hallarda düzəlişlər və yenilənmələr aparmaq;
- Layihə ilə bağlı sənədlərin arxivə verilməsi, mühafizəsi və səmərəli istifadə olunması üçün sistem yaratmaq;
- Layihə sənədləri ilə bağlı Excel proqramında cədvəl və hesabatlar hazırlamaq, sənəd idarəetmə proseslərinin təhlilini və monitorinqini aparmaq;
- Sənəd dövriyyəsi prosesini izləmək, sənədlərin vaxtında paylanmasını və icra vəziyyətini monitorinq etmək;
- Layihənin əlaqədar şöbələri və iştirakçıları ilə sənədlərin ötürülməsi prosesini təşkil etmək və uyğunluğu təmin etmək;
- Lazım gəldikdə Aconex və digər elektron sənəd idarəetmə sistemlərinin effektiv istifadə olunması üçün təlim və dəstək vermək;
- Həftəlik və aylıq müvafiq hesabatlar hazırlayaraq rəhbərliyinə təqdim etmək.
Tələblər:
- Müvafiq sahə üzrə: ali təhsil;
- Müvafiq sahə üzrə təcrübə: 1 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, Ingilis dili işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Office;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhər;