Satış üzrə mütəxəssis (Fortex showroom)
2011-ci ildən etibarən PAY Group MMC-nin tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən Fortex sərgi salonuna satış üzrə mütəxəssis axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:
- Məhsulların tanıtma işlərini təşkil etmək.
- Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
- Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
Məhsulları peşəkar şəkildə müştərilərə təqdim və izah etmək. - Peşəkar şəkildə müştərilərə xidmət göstərmək.
Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq. - Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
- Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
Vəzifə üzrə əsas tələblər:
- Orta və ya ali təhsil.
- Satış sahəsində 1 ilədək iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük veriləcək)
- Satış prosesini və dinamikasını başa düşmək.
- Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
- Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
- Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir.
- Yaş həddi 23-40 yaş arası
- Kişi namizədlərə üstünlük veriləcək
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü;
- İstirahət günü: Bazar;
- Nahar şirkət tərəfindən verilir;
- Rəqabətə davamlı əmək haqqı