Fortis Construction

Şirkət haqqında:
Fortis tikinti şirkəti daşınmaz əmlak bazarında öz innovativ layihələri, tikinti prosesində tətbiq etdiyi Avropa texnologiyaları, eləcə də ucaltdığı binaların Bakı şəhərinə xas memari ənənələri əks etdirən orijinal üslubla fərqlənir.
Əlaqə vasitələri:
HR manager
Vakansiyanın təsviri
- Namizədlərin axtarışı, ilkin seçimlərin aparılması və müsahibələrin təşkilində iştirak etmək;
- Yeni əməkdaşların sənədlərinin yoxlanılması və rəsmiləşmə proseslərinin əlaqələndirilməsi;
- Ştat cədvəlinə uyğun olaraq əməkdaş sayına nəzarət etmək;
- Daxil olan müraciətləri təhlil etmək, uyğun hesab olunan namizədləri test və/və ya müsahibə mərhələsinə dəvət etmək;
- Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlili;
- EMAS və İSB portallarında əməliyyatların həyata keçirilməsi;
- Əmək Məcəlləsinə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad olunması, yerdəyişməsi, vəzifədə irəliləməsi; əməkdaşların şəxsi işlərinin hazırlanması; elektron əmək müqavilələrinin təsdiqlənməsinə nəzarət;
- Performansın idarə olunması və əməkdaşların qiymətləndirilməsi sistemlərinin təşkilində və icrasında iştirak;
- Əməkdaşların məzuniyyət uçotunun aparılması və məzuniyyət qrafikinə riayət olunmasına nəzarət;
- Bütün növ kadr əmrlərinin hazırlanması;
- Bütün vəzifələr üzrə əməkdaşların vəzifə təlimatlarının hazırlanması, təsdiqi və onlarla tanış edilməsi;
- Əməkdaşların davamiyyət uçotuna nəzarət və yoxlanıldıqdan sonra mühasibatlığa təqdim olunması;
- Xəstəlik vərəqələrinin yoxlanılması, qeydiyyatı və uçotu;
- Arayışların, kadrlarla bağlı yazışmaların və digər müvafiq sənədlərin hazırlanması və qeydiyyatı;
- Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf fəaliyyətlərinin planlaşdırılması;
- Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı layihələrin təşəbbüsü;
- Rəhbərliyin tapşırığı əsasında kadrlarla bağlı hesabatların hazırlanması və digər HR ilə bağlı vəzifələrin icrası.
Xüsusi tələblər
- Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsində üstünlük verilir);
- MS Office, 1C proqramları üzrə biliklər;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət bacarıqları, məsuliyyətli və komandada işləməyi bacaran
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq