Meritech MMC

Şirkət haqqında:
Uberin rəsmi partnyoru (taksi park olaraq fəaliyyət göstəririk).
Əlaqə vasitələri:
Reels Menecer/Videoqraf
Biz dinamik və kreativ komandamıza Reels Menecer/Videoqraf üzrə Mütəxəssis axtarırıq!
Vəzifələr:
- Şirkətin marketing planına əsasən qrafik dizayn paylaşımları hazırlamaq
- Reels və digər qısa video kontentlərin çəkilişi və montajını bacarmalı
- Çəkilişlərdə iştirak etməli (kamera arxasında və lazım gəldikdə kadrda da görünə bilməli)
- Yaradıcı yanaşma və estetik baxışa sahib olmalı
Tələblər:
- Videoqrafiya üzrə təcrübəyə sahib olmalı
- Şəxsi avadanlığının olması üstünlükdür (Action camera və s.)
- Adobe photoshop, Coreldraw, Adobe premier pro, Adobe after effects və s. proqramlarında sərbəst işləmə
- Süni intelekt alətlərindən istifadəsi arzu olunandır
- Yaradıcı, kreativ, trendləri izləmək və analitik düşüncə qabiliyyəti
- Aktiv, ünsiyyətcil və özünü ifadə bacarığı
İş şəraiti:
- Qrafik: 5 günlük tam, şənbə yarım iş günü, bazar istirahət
- Məkan: Əhməd rəcəbli 255, Adas plaza
- Əmək haqqı: 700 - 1200AZN Namizədin təcrübə və bacarıqlarına əsasən
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə