ATL Tech

Şirkət haqqında:
Tariximiz 2013-cü ildə yaradıcı və bir o qədər də cəsarətli şəxslərin dünyanı dəyişdirəcək qabaqcıl həllər təqdim etmək üçün bir araya gəlməsi ilə başlayır.
Komanda birliyinin gücünə inam, həm yerli, həm də beynəlxalq müştərilərimiz üçün bir sıra uğurlu layihələri həyata keçirə biləcək komandanı qurmağımıza kömək edir. Çox çalışmaq və mükəmməlliyə can atmaq daim inkişaf etməyimizə təkan verir.
Biz sistem inteqrasiyası, proqram təminatının hazırlanması və texnologiya həlləri daxil olmaqla, texnologiyalar, bilik və dürüstlüyü əsas tutan bir sıra məhsul və xidmətlər təklif edirik.
Əlaqə vasitələri:
Biznes əməliyyatları üzrə baş mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin kommersiya fəaliyyətinə dair qiymət təkliflərinin hazırlanması, rəhbərlik və layihə rəhbərləri ilə razılaşdırılması, müştərilərə təqdim olunması və arxivləşdirilməsinin təmin edilməsi;
- Bazarın mövcud tendensiyalarının, rəqiblərin və tərəfdaşların fəaliyyətinin təhlili, hesabatların hazırlanması və müvafiq araşdırmaların aparılması;
- Yerli və beynəlxalq tenderlərin təşkili və idarə olunması: sənədlərin hazırlanması, tərəfdaşlarla əməkdaşlıq, danışıqların aparılması və tələb olunan sənədləşmənin təmin edilməsi;
- Müştərilərə aylıq təhvil-təslim aktlarının hazırlanması, təsdiqlənməsi və göndərilməsi;
- Müqavilə, akt, qiymət təklifi, marketinq materialları və təqdimatların hazırlanması, sistemli arxivləşdirilməsi və müvafiq tərəflərə təqdim olunması;
- Müştərilərlə dövri əlaqələrin qurulması, məmnuniyyətin ölçülməsi və müştəri yönümlü inkişaf təkliflərinin hazırlanması;
- Vendorlar və xarici əməkdaşlarla işin koordinasiyası, iş axınının və öhdəliklərin düzgün icrasına nəzarət;
- Şirkət üçün tələb olunan sertifikat, abunəlik və digər hüquqi-sənədli təminatların həyata keçirilməsi;
- Rəhbərlik üçün rüblük və illik analitik hesabatların hazırlanması, təqdim olunması və qərarvermə prosesində iştirak.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi və ya əlaqədar sahələr üzrə);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət qabiliyyəti;
- Güclü analitik düşünmə, planlama və hesabatlılıq bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Problem həll etmə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;