Construction Engineering Construction Engineering

Şirkət haqqında:
“Construction Engineering ” QSC 15 mart 2019 ci il tarixində yaradılmışdır. Şirkət yüksək keyfiyyətli müasir telekommunikasiya şəbəkələrinin infrastruktur tikintisi və bu üzrə müxtəlif xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərir. Bu günə kimi şirkətimiz ölkə üzrə böyük layihələrin icrasını uğurla tamamlamış və yeni uğurlara addımlamaqda davam edir.
Müştərilərin istək və tələblərini yüksək şəkildə qarşılamaq üçün düzgün zamanlama, davamlı inkişaf və planlı həllər təqdim edirik.
Əlaqə vasitələri:
Əmək haqqı üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta, həyatın yaşam sığortası və digər tutulmaların hesablanması və ödənilməsi;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanılması;
- Məzuniyyət haqlarının, ezamiyyələrin, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
- İşçilər üçün bank kartlarının sifarişi
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Rəhbərliyin digər əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- ACCA F2, F3 imtahanları üzrə sertifikat arzuolunandır;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Azərbaycan dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
- Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
- 1C mühasibat proqramında sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
İş şəraitimiz:
- İş qrafiki: 5 günlük;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Əmək haqqı: (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən olunur)