Veliev MMC

Şirkət haqqında:
2005-ci ildə əsası qoyulan şirkətimizin əsas fəaliyyət istiqaməti ilk öncə PVC qapı və pəncərə profillərinin ölkəmizə idxalatını həyata keçirərək, daxili satışını təşkil etmək olmuşdur. Taxta, dəmir qapı və pəncərələri əvəz edən, yeni texnologiya ilə hazırlanan paslanmayan, rəngi dəyişməyən, yüksək izolyasiya dəyərlərinə sahib olan plastik qapı və pəncərə sistemlərinə yüksək tələbatın yaranması zəmnində şirkətimiz qonşu ölkələrdən PVC qapı və pəncərə sistemlərinin Azərbaycana idxalına başlamışdır. Bu yeni sistemin, yəni plastik qapı və pəncərə sistemlərinin sahib olduqları üstünlüklər (otaq temperaturunu tənzimləməsi, tozu içəri buraxmaması, oksigen qaynağı olan ağacların kəsilməməsi) onların qısa zaman ərzində insanların tərchinə çevrilməsinə imkan verirdi.
Daha sonralar, hər keçən il böyüyərək və öz sahəmizdə daha da büxtələşərək yeni lahiyələrə imza atmağa başladıq. Türkiyənin ən böyük qapı və pəncərə profillərinin istehsalçı firmalarından biri olan ‘’Adopen’’ şirkəti ilə 2010-cu ildə əməkdaşlığa başlayaraq, artıq 2013-cü ildə adı çəkilən şirkət ilə birlikdə ‘’Plaspen’’ markası adı altında Azərbaycanda PVC qapı və pəncərə profillərinin istehsalını reallaşdırdıq.
Sürətli inkişafın nəticəsi olaraq 2015-ci ildən etibarən ‘’Made in Azerbaijan’’ trendinə dəstək olmaq üçün yeni qəlib və dəzgahlarla istehsalatımızı genişləndirdik. Məqsədimiz yüksək keyfiyyətli, dayanıqlı, rəqabətə davamlı, günün tələblərinə cavab verən məhsulun istehsalına nail olmaq idi və biz bunu bacardıq.
Gördüyümüz işlərin nəticəsidir ki, 2017-ci ildə Türkiyənin PVC profil istehsalında pioner və ən böyük şirkət olan, ‘’EgePen Deceuninck’’ ilə rəsmi françayzinq müqaviləsinə imza atdıq. Bu françayzinq müqaviləsinə əsasən ‘’EgePen Deceuninck’’ şirkətinin portfoliosunda ən yüksək yerlərdən birini tutan ‘’Pimapen’’ markasının ölkəmizdə rəsmi istehsal hüququnu əldə etmiş olduq. Beləliklə, Sumqayıt şəhərində tam yeni texnologiyalara cavab verən PVC qapı və pəncərə profillərinin istehsalat zavaodunu inşa edərək, daha geniş fəaliyyətə başladıq.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis
Vəzifələr:
- Satınalma proseduruna uyğun olaraq tədarükçülərin araşdırılması və alış prosesi üçün uyğun rəylərin verilməsi;
- Malların sifarişinin (xarici və yerli istehsal) hazırlanması və tədarükçülər ilə danışıqların aparılması;
- Daxili və xarici satınalma fəaliyytinin həyata keçirilməsi;
- Tədarükçülər ilə mal-material qiymətləri barədə danışıqlar aparılması və qiymətlərin analizi;
- Daşınmalarda nəqliyyatın təşkili üçün əlaqəli şöbə ilə kordinasiya qurulması;
- Daxili satınalma sifarişlərinin toplanması və sənədləşdirilməsinin həyata keçirilməsi;
- Malların müəssisəyə daxil olması zamanı anbara boşaldılması prosesində iştirak edilməsi;
- Malların müəssisəyə daxil olması zamanı siyahı üzrə təchizat anbarına mədaxil edilməsi;
- Gündəlik, aylıq və rüblük olaraq satınalma hesabatlarının struktur bölmə rəhbərinə təqdim edilməsi;
- Tələb edilən mal-materialların yerli və xarici bazardan araşdırılması, təkliflərin hazırlanması və alınmış malların anbara daxil olana qədərki dövrün əlaqəli şöbələrlə birlikdə izlənilməsi.
Namizəd üçün tələblər:
- Bəy namizədlər
- Sürücülük vəsiqəsinin olması mütləqdir (şəxsi avtomobilin olması üstünlükdür)
- Ali təhsil (uyğun sahə üzrə);
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
- Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili və Rus dili bilikləri əla səviyyədə (İngilis dili biliyi üstünlükdür);
- Komanda ilə işləmə bacarığı;
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
- Nizam-intizamlı, məsuliyyətli olmalı.
- Analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:
- Əmək haqqı: razılaşma yolu ilə
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)