Bestcomp Group

Şirkət haqqında:

1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.

Əlaqə vasitələri:

SƏTƏM mühəndisi

Əsas Məqsəd

  • Sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin qorunması (HSE) siyasət və prosedurlarının milli qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə effektiv icrasını təmin etmək.
  • Təhlükəsiz iş mühitinin təşviqi məqsədilə risklərin müəyyənləşdirilməsi, yoxlamaların aparılması və qabaqlayıcı tədbirlərin tətbiqi.
  • Təlim, maarifləndirmə və monitorinq fəaliyyətləri vasitəsilə təhlükəsizlik mədəniyyətinin inkişafına dəstək olmaq.
  • Təhlükəsizlik qaydalarının icrası və dayanıqlı yanaşmalarla istehsalat qəzalarının və ekoloji təsirlərin minimuma endirilməsi.
  • HSE sənədlərinin (prosedur, təlim materialları), audit və hesabat sistemlərinin hazırlanması, saxlanılması və təkmilləşdirilməsində iştirak etmək.
  • HSE təlimlərinin keçirilməsi və təşkil edilməsi.

Vəzifə Öhdəlikləri (İdarəetmə və Əməliyyat)

  • HSE siyasətləri, prosedurları və yerli/beynəlxalq təhlükəsizlik normalarının (məs. ISO 45001, ISO 14001) tətbiqi və icrasına nəzarət etmək.
  • Daimi istehsalat yoxlamaları, risk qiymətləndirmələri və hadisələrin araşdırılmasını apararaq təhlükələrin müəyyən olunması və aradan qaldırılması üzrə tədbirlər görmək.
  • İşçilər və podratçılar üçün HSE təlimləri və maarifləndirmə proqramları hazırlamaq və təqdim etmək.
  • Risk reyestrləri, fövqəladə hallar planı, təhlükəsizlik təlimatları kimi sənədlərin hazırlanmasına və saxlanılmasına dəstək olmaq.
  • Hadisə göstəriciləri, “near miss” hallar və təhlükəsizlik müşahidələri də daxil olmaqla HSE göstəricilərinə dair hesabatları hazırlamaq və təqdim etmək.
  • Daxili və xarici HSE auditlərində iştirak etmək, tövsiyələrin icrasına dəstək vermək.
  • Fərdi mühafizə vasitələrinin (PPE) və digər təhlükəsizlik avadanlıqlarının mövcudluğu və düzgün istifadəsini təmin etmək.
  • Bölmə rəhbərləri ilə əməkdaşlıq edərək HSE prinsiplərinin gündəlik əməliyyatlara və layihələrə inteqrasiyasını təmin etmək.
  • Hadisə və fövqəladə hallara operativ reaksiya vermək, ilkin dəstək göstərmək və zərurət olduqda müvafiq qurumlarla koordinasiya etmək.
  • Təcrübədən öyrənmə, rəy və müqayisəli təhlillər əsasında HSE fəaliyyətlərinin davamlı inkişafına dəstək olmaq.
  • Qəzalar, təlimlər, təhlükəsizlik məşqləri və normativ uyğunluğa dair qeydləri aparmaq.

Kompetensiyalar (Soft Skills)

  • Diqqətlilik və detallara həssas yanaşma
  • Əməkdaşlıq və komandada işləmək bacarığı
  • Yüksək ünsiyyət bacarıqları
  • Vaxtın idarə olunması və təşkilati bacarıqlar
  • Danışıqlar aparmaq bacarığı
  • Analitik və problem həll etmə bacarığı
  • Çeviklik 
  • Müsbət yanaşma
  • Güclü iş intizamı
  • Təzyiq və sıx vaxt çərçivəsində soyuqqanlılıq
  • Tələblərin analizi və sənədləşdirilməsi

Ümumi Tələblər / İşçi bilməlidir

  • Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi
  • Şirkətin idarəetmə sistemi ilə bağlı metodik və normativ materiallar
  • Biznes risklərinin qiymətləndirilməsi üzrə tələblər
  • HSE mütəxəssisinə aid daxili prosedur və təlimatlar
  • Bestcomp Group QSC-nin Baş direktorunun əmr və göstərişləri
  • Cari vəzifə təsvirdə göstərilən tələblər
  • Əməyin mühafizəsi qaydaları və normaları
  • Yanğın təhlükəsizliyi qaydaları
  • Daxili əmək intizamı qaydaları
  • HSE Dayanıqlılıq Siyasəti
  • Tullantıların idarə edilməsi üzrə tələblər
  • ISO 9001:2015 Keyfiyyət idarəetmə standartı sertifkartı (arzuolunandır)
  • ISO 45001:2015 Əməyin sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi standartı sertifkartı (arzuolunandır)
  • ISO 14001:2015 Ekoloji idarəetmə sistemi standartı  sertifkartı (arzuolunandır)

Namizədə Tələblər

Təhsil:

  • Əməyin mühafizəsi, ətraf mühit mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi
  • HSE üzrə əlavə sertifikatlar (məs. NEBOSH, IOSH, ISO 45001, ISO 14001) üstünlükdür

Təcrübə:

  • HSE sahəsində ən azı 2–4 illik korporativ iş təcrübəsi (sənaye, tikinti və.s)
  • İT sahəsində anlayışının olması üstünlükdür.
  • Risk qiymətləndirilməsi, təhlükəsizlik auditi, fövqəladə hallara reaksiya və ekoloji uyğunluq üzrə praktiki təcrübə
  • Əməyin mühafizəsi üzrə milli qanunvericilik və beynəlxalq HSE standartları ilə tanışlıq

Kompüter bacarıqları:

  • Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı
  • HSE hesabat və hadisə izləmə sistemlərində təcrübə üstünlükdür

Dillər:

  • Azərbaycan dili – Əla (yazılı və şifahi)
  • İngilis dili – Yaxşı (yazılı və şifahi)
  • Rus dili – Arzuolunandır

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap