Green Tech

Şirkət haqqında:
Ən yeni texnoloji yeniliklər əsasında fəaliyyət göstərən şüşə konstruksiyalı müasir istixana kompleksimizdə yetişdirilən məhsullar yerli bazarda lider mövqeyini qorumaqla yanaşı, yetişdirdiyi şitillərlə digər istixanaların keyfiyyətli ehtiyacının da mühüm bir qismini qarşılayır.
Əlaqə vasitələri:
Planlama üzrə mütəxəssis
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Planlama üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- İstehsala daxil olan və olmayan əməliyyat fəaliyyətləri (texniki, mexaniki, elektrik, tikinti) üzrə illik/dövri planları müvafiq bölmələrdən alır və şirkət səviyyəsində konsolidasiya edir;
- Plana uyğun olaraq daxil olan satınalma tələblərini araşdırır, analiz edir və zəruri hallarda tələb açan tərəflə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir;
- Plan xaricində daxil olan satınalma tələblərini nəzərdən keçirir, səbəblərini sorğulayır və tələb sahibiylə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir;
- Şirkət səviyyəsində miqyas iqtisadiyyatının (economy of scale) tətbiq olunması üçün zəruri fəaliyyətləri həyata keçirir (tələbin konsolidasiya edilməsi, dövri tələblərin müəyyənləşdirilməsi və s.);
- Əməliyyat Planlaşdırma rolu və məsuliyyətlərinin həyata keçirilməsi üçün müvafiq tərəfdaşlarla (Satınalma, Texniki, Anbar və s.) əlaqəli şəkildə işləməyi təmin edir;
- Şirkətin əsas anbarında, alt anbarda və təchizatçı anbarlarında olan ehtiyatları izləyir; tələblərin vaxtında və tam şəkildə qarşılanması üçün resursların və logistika əməliyyatlarının səmərəli və effektiv idarə olunmasını təmin edir;
- Əməliyyat fəaliyyətləri və əlaqədar proseslərdə təkmilləşdirmə nöqtələrinin müəyyənləşdirilməsi ilə bağlı analiz fəaliyyətlərini aparır. Müəyyən olunmuş ehtiyaclara əsasən inkişaf və/və ya təkmilləşdirmə işlərini müvafiq bölmələrlə koordinasiya edərək əlavə dəyər və məhsuldarlığın artırılmasını təmin edir;
- Korporativ yaddaşın formalaşdırılmasına yönəlmiş mövcud sistem tətbiqlərinin effektiv şəkildə istifadə olunmasını təmin etmək üçün nəzarət və geri bildirim işlərini həyata keçirir;
- Satınalma zamanı tələb olunan texniki şərtlərin tələbinə və ehtiyacına uyğun olaraq təmin edilməsi üçün müvafiq bölmələrlə koordinasiya şəklində işləyir.
Tələblər və bacarıqlar
Bacarıqlar:
- Açılan tələblərin təhlil edilməsi;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri;
- Qarşı tərəfi düzgün şəkildə istiqamətləndirəcək dərəcədə ünsiyyət bacarığı;
- Əməkdaşlıq və Komanda işi;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
- Korporativ iş mədəniyyəti.
Tələblər:
- Ali təhsil (mühəndislik, iqtisadiyyat və biznesin idarə edilməsi );
- Planlama layihələri üzrə biznes təhlilçi kimi 5+ illik təcrübə;
- Proqram bilikləri: MS Office,(excel -əla) Power BI, SQL baza biliklər;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı (yazı və oxuma);
- Əmək haqqı razılaşma əsasında təyin ediləcəkdir.
İş barədə məlumat
- İş qrafiki: 08:00-17:00 ( beş günlük iş həftəsi);
- Iş yeri Binə qəsəbəsində yerləşir;
- Gediş-gəliş şirkət tərəfindən təmin edilir.
- Nahar şirkət tərəfindən təmin edilir.