Satış Meneceri
Vəzifələr:
- Müştəri bazasının inkşafı və dəstəklənməsi.
- Yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması.
- Satış strategiyalarının hazırlanması və icrası.
- Danışıqların aparılması və müqavilələrin bağlanması.
- Şirkətin xidmətlərinin bazarda təqdim olunması.
- Müştərilərin ehtiyaclarının analizi və optimal həllərin təklifi.
- Kommersiya təklifləri və prezentasiyaların hazırlanması.
- Satış prosesinin tam idarə olunması, o cümlədən sifarişlərin izlənilməsi və vaxtında yerinə yetirilməsinə nəzarət.
- Satışlarla bağlı hesabatların aparılması və nəticələrin analizi.
- Bazar və rəqabət mühitinin monitorinqi və analiz edilməsi.
- Müştəri etirazları ilə işləmə və uzunmüddətli partnyorluq əlaqələrinin qorunub saxlanması.
- Marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştiraq.
- Satış komandaları üçün treninqlərin keçirilməsində iştiraq.
Tələblər:
- Ali təhsil.
- Satış sahəsində azı 3 il iş təcrübəsi.
- Əla kommunikasiya və prezentasiya bacarıqları.
- Komandada işləmə və qoyulan məqsədlərə nail olma bacarığı.
- Planlaşdırma və iş vaxtını təşkil etmə bacarığı.
- Satış texnikaları və danışıq aparma bacarığı.
- Öyrənmə və peşəkar inkşaf üçün hazırlıq.
- CRM sistemləri ilə işləm bacarığı.
- B2B və B2C satış təcrübəsi üstünlük sayılacaq.
Biz təklif edirik:
- Rəqabətə davamlı maaş və bonuslar.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Mehriban kollektiv və rahat iş şəraiti.
- Şirkətin innovativ layihələrində iştiraq imkanı.
İş şəraiti:
- Iş rejimi: 5 günlük
- Əmək haqqı : 1000 + satışdan bonus