Evimiz

Şirkət haqqında:
1998 ci ildə təsis olunan Master Tibot mağazası, Azərbaycanda “YAPI MARKET” mağazaçılığının banisidir. Şirkət bu günə qədər “YAPI MARKET” olaraq fəaliyyət göstərməklə yanaşı, böyük inşaat layihələrinə də xidmət göstərmişdir. İstehlakçıların ehtiyaclarını və Azərbaycan bazarının tələblərini də diqqətlə izləyən şirkət, “hər şey ev üçün” konseptini də Azərbaycana gətirmişdir.
Əlaqə vasitələri:
Satış məsləhətçisi
İş barədə məlumat
- Mağazaya daxil olan müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
- Müştərilərə alış qərarında dəstək olmaq və satışın həyata keçirilməsi
- Məhsulların düzgün düzülüşünə və təmizliyinə nəzarət
- Aylıq satış planının yerinə yetirilməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
- Evimiz mağazası "Xətai r. Fəzail Bayramov 28" ünvanında yerləşir. (Bakı əyləncə mərkəzi yaxınlığı, Xətai m/s ilə 10 dəqiqə məsafədə)
- İş rejimi Tam ştat / Növbəli iş qrafiki
- 09-00 dan- 18:00 dək
- 11:00 dan - 20:00 dək
- 13:00 dan - 22:00 dək
- Nahar şirkət tərəfindən qarşılanır
- Şirkətin mətbəxində ev yeməkləri hazırlanır
- Gün ərzində 1 saat istirahət vaxtı, həftə içi 1 gün istirahət.
- Əməkhaqqı 500 azn + bonus
Namizədə tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- Orta ixtisas və ya ali təhsil
- Yaş aralığı 25-50 yaş
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı vacibdir.
- Azərbaycan dilində sərbəst danışıq (rus dili bilikləri üstünlük sayılır)
- Aktiv və gülərüz olmaq
- Nizam-intizamlı və məsuliyyətli olmaq
- Komanda ilə işləmə bacarığı