Nurgun Holding

Şirkət haqqında:
Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilmişdir.
«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.
“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.
“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır.
“Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.
Əlaqə vasitələri:
Mühasib-Operator
İş barədə:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəələrin, materiallarınvə başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil(Mühasibat-uçotu,Maliyyə ixtisası üzrə olması üstünlükdür)
- Yaş həddi 25 yaş üzəri(yalniz bəy namizədlər)
- Müvafiq sahə üzrə 1 ilə yaxın iş təcrübəsi
- 1C-də işləmək bacarığı(alış sənədlərinin, ödənişlərin daxil edilməsi)
- MS Office (MS Excel, MS Word) bilməli
- Dil bilikləri: Azərbaycan dili,Rus dili(arzuolunandır)
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- Təşkilati, analitik bacarıqlar;
İş şərtləri:
- 6 günlük iş qrafiki;(VI-ci gün 09:00-15:00 kimi)
- Əmək haqqı: (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən olunur)
- Karyera inkişafı imkanı