TechnoVision MMC

Şirkət haqqında:
Şirkət haqqında
TechnoVision MMC 10 ildən artıq təcrübəyə malik peşəkar IT mütəxəssisləri tərəfindən təsis olunmuşdur və bu gün Azərbaycanın informasiya texnologiyaları bazarında dinamik şəkildə inkişaf edən, innovativ yanaşmaları ilə seçilən bir şirkətdir.
Biz müəssisələrin IT xərclərini optimallaşdırmaq, infrastrukturun davamlılığını artırmaq və rəqəmsal transformasiya proseslərini sürətləndirmək üçün kompleks IT həllər təqdim edirik.
Aşağıdakı sahələr üzrə ixtisaslaşırıq:
- IT inteqrasiya xidmətləri
- Mürəkkəb mühəndislik layihələrinin planlaşdırılması və icrası
- Server və şəbəkə infrastrukturunun qurulması
- IT avadanlıqlarının və proqram təminatının satışı və dəstəyi
ZKTeco brendinin Rəsmi distribyutoru olaraq, biz dünyaca məşhur yüksək texnologiyalı avadanlıq və proqram təminatı məhsullarını Azərbaycanda birbaşa və etibarlı şəkildə təqdim edirik. Bu statusumuz müştərilərimizə keyfiyyətə və uyğun qiymətə zəmanət verir.
TechnoVision-un mühəndisləri mütəmadi olaraq beynəlxalq sertifikasiyalardan keçir, bu isə komandamızın daim yenilənən texnologiyalarla ayaqlaşmasına və layihələri yüksək səviyyədə icra etməsinə imkan yaradır.
Əlaqə vasitələri:
İT texnik
Tələblər:
- Yaş həddi: 25+
- Rus dili biliyinin olması arzuolunandır
- Müvafiq sahə üzrə minimum 1-2il iş təcrübəsi;
- Keçid sistemlərinin quraşdırılması
- Kamera sistemlərinin (avadanlıqlarının) qurulmasını və texniki baxış prinsipini bilməli;
- İşdə yeniliklər tətbiq etmək və ünsiyyət qurmaq bacarığı;
- Zəruri hallarda digər filiallara getmək imkanı.
Vəzifə öhdəlikləri:
- Filiallarda kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) işlərinin yerinə yetirilməsi;
- Təhlükəsizlik kameraları sistemlərinin quraşdırılması və yaranan problemlərin həllinə dəstək;
- NVR/DVR quraşdıılması, sazlanması və optimizasiya edilməsi;
- Şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasının təmin edilməsi;
- İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi;
- Biometrik sistemlərin qurulması və sazlanması;
- Access control sisteminin qurulması və sazlanması;
- Şəbəkə problemlərinin diaqnostikası və həlli.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.