PASHA Life

Şirkət haqqında:
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.
“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.
Əlaqə vasitələri:
Təşkilati İnkişaf Şöbəsinin Eksperti
İnsan Resursları və Korporativ Kommunikasiya Departamenti
Vəzifə Öhdəlikləri:
Performansın İdarə Edilməsi
- Performans mədəniyyətinin gücləndirilməsi məqsədilə xidməti fəaliyyətin qiymətləndirilməsi sistemini inkişaf etdirmək və idarə etmək;
- Planlaşdırma, monitorinq və qiymətləndirmə proseslərinin obyektivliyini və şəffaflığını təmin etmək üçün rəhbər və işçilər arasında maarifləndirmə tədbirləri həyata keçirmək;
- Performans nəticələrinin təhlili ilə bağlı metriklərin hazırlanmasına və tətbiqinə nəzarət etmək;
- Qiymətləndirmə nəticələrinə əsaslanaraq əməkdaşların inkişafına dair strategiyalar formalaşdırmaq (maddi motivasiya, rotasiya, karyera artımı və s. üçün əsas kimi istifadə etmək).
İstedadların İdarə Olunması və Karyera İnkişafı
- İstedadların müəyyən edilməsi və onların inkişafını dəstəkləyən qısa- və uzunmüddətli karyera planlarının hazırlanması və həyata keçirilməsi;
- Mövcud funksiyalar üzrə metodoloji yanaşmaların və fəaliyyət sahələrinin sistemləşdirilməsi, rol/vəzifə profillərinin müəyyən edilməsi;
- Ardıcıl əvəzetmə planının formalaşdırılması və rəhbər vəzifələr üzrə ehtiyat kadrların hazırlanması prosesinə nəzarət;
- Struktur rəhbərlərinin təqdim etdiyi vəzifə artımı təkliflərinə dair əsaslandırılmış rəylərin təhlili;
- Karyera inkişaf xəritəsinin formalaşdırılması və icrasına nəzarət.
Təlim və İnkişafın Strateji İdarə Olunması
- Təşkilati və fərdi inkişaf ehtiyaclarını müəyyənləşdirmək məqsədilə illik təlim ehtiyaclarının sistematik şəkildə toplanması, təhlili və prioritetləşdirilməsi üzrə komandaya istiqamət vermək;
- Öyrənmə və inkişaf üzrə büdcənin planlaşdırılması və resursların optimal şəkildə istifadəsinin təmin edilməsi;
- İllik təlim planlarının və inkişaf proqramlarının performans, karyera və vəzifə profillərinə əsasən dizayn edilməsi və həyata keçirilməsi;
- Təlim nəticələrinin effektivliyini ölçmək üçün L&D (Learning & Development) metriklərinin tətbiqi və nəticələrin davamlı təhlili;
- Xarici və yerli tədris müəssisələri, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, layihə əsaslı təcrübə mübadiləsinin təşkili;
- Təlim və inkişaf fəaliyyətlərinə dair strukturlaşdırılmış hesabatların hazırlanması.
Təşkilati İnkişaf və Analitik Təhlillər
- Əməkdaşların inkişafı ilə bağlı qərarların məlumat əsaslı verilməsini təmin etmək üçün təşkilati inkişaf sahəsində analitik təhlillərin həyata keçirilməsi;
- Performans, məmnunluq, rotasiya və təlim göstəricilərinin periodik təhlili və OD (Organizational Development) üzrə strategiyaların hazırlanmasında fəal iştirak.
Adaptasiya və Onboarding Proqramlarının İdarə Olunması
- Yeni işçilərin sürətli və effektiv şəkildə mühitə inteqrasiyası üçün adaptasiya proqramlarının hazırlanması və həyata keçirilməsi;
- Mövcud proqramların mütəmadi yenilənməsi və təkmilləşdirilməsi üzrə komandaya istiqamət vermək.
Proseslərin Təhlili və İnnovasiyalar
- Proseslərin təhlil edilməsi və təhlil olunan proseslər üzrə yeni təkliflərin verilməsi;
- Optimizasiya və innovasiyaların tətbiqi üçün təkliflərin hazırlanması.
Namizədə Tələblər:
- İş təcrübəsi: Sahə üzrə 3–5 il iş təcrübəsi tələb olunur
- Təhsil: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla; İngilis dili : əla; Rus dili : orta
- Kompüter bilikləri: MS Office : əla
- Üstünlüklər: Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür
Fərdi Keyfiyyət Tələbləri:
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Yüksək təşkilatçılıq və planlaşdırma qabiliyyəti;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Komanda ilə işləmə və adaptasiya bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları