Cronos Construction

Şirkət haqqında:
Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.
Əlaqə vasitələri:
Satınalma mütəxəssisi
Satınalma mütəxəssisi:
- Bəy/Xanım
- Ali təhsil (İqdisadiyyat və ya əlaqədar sahə üzrə);
- Tikinti sahəsində minimum 2 il satınalma təcrübəsi mütləqdir;Tikinti materialları və avadanlıqları haqqında texniki biliklər;
- Yerli bazarı tanımaq və təchizatçılarla işləmək bacarığı;
- MS Office proqramlarını sərbəst istifadə etmək bacarığı (xüsusilə Excel,Outlook);
- 1C sistemi ilə işləmək bacarığı;
- Yüksək ünsiyyət və danışıqlar aparma bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və nəticəyönümlü olmaq.
İş şəraiti:
- İş yeri: Bakı ş.
- İş qrafiki: Həftə içi 5 günlük
- Nahar və koorparativ sim nömrə şirkət tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Tikinti layihələri üçün lazım olan materialların və avadanlıqların tələbatını müəyyənləşdirmək;
- Yerli və ehtiyac olduqda xarici bazarda təchizatçıların araşdırılması, qiymət araşdırmalarının aparılması;
- Təkliflərin toplanması və müqayisə cədvəli formunun olunması, ən uyğun qiymət və keyfiyyət nisbətinin analiz edilməsi ;
- Təchizatçılarla danışıqlar aparmaq, müqavilələrin hazırlanmasında iştirak etmək;
- Sifarişlərin vaxtında və tam şəkildə çatdırılmasına nəzarət;
- Anbarla və layihə rəhbərləri ilə sıx əməkdaşlıq;Satınalma sənədlərinin düzgün tərtib olunması və müvafiq sistemə daxil edilməsi;
- Rəhbərliyə gündəlik,aylıq,rüblük hesabatların təqdim olunması.