Imago medical systems
Şirkət haqqında:
2008-ci ildə qurulan IMAGO Tibbi avadanlıqlar şirkəti, Azərbaycan tibb müəssisələrinin planlaşdırılması, inşası və istismarını standartlara uyğun olaraq həyata keçirir. Bu, hərtərəfli səhiyyə xidmətlərinin vahid təminatçısı olduğumuz beynəlxalq ümumi tətbiqetmə modellərimiz vasitəsilə mümkün olur.
Səlahiyyətli məsləhətləşmə, peşəkar layihə rəhbərliyi, yenilikçi mühəndislik və idarəetmə səriştəsinə güvənərək işləyirik.
Nəticəmiz: layihələrimizin və səhiyyə sahəsində tərəfdaşlarımızın davamlı uğurlarını təmin edən ən yüksək keyfiyyət, maksimum səmərəlilik və yüksək etibarlılıqdır.
Əlaqə vasitələri:
HR Manager
İş şəraiti:
- Əmək haqqı: 2000 AZN
- İş rejimi: B.e.–C.a. (1–5 günlər), saat 09:00–18:00
Vəzifə öhdəlikləri:
- Namizədlərin axtarışı, ilkin seçimlərin aparılması və müsahibələrin təşkilində iştirak etmək;
- Yeni əməkdaşların sənədlərinin yoxlanılması və rəsmiləşmə proseslərinin əlaqələndirilməsi;
- Ştat cədvəlinə uyğun olaraq əməkdaş sayına nəzarət etmək;
- Müraciətlərin təhlili, uyğun namizədlərin test və/və ya müsahibə mərhələsinə dəvət olunması;
- Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlili;
- EMAS və İSB portallarında əməliyyatların icrası;
- Əmək Məcəlləsinə uyğun işə qəbul, işdən azad olunma, yerdəyişmə, vəzifə irəliləyişlərinin rəsmiləşdirilməsi; şəxsi işlərin hazırlanması; elektron əmək müqavilələrinin təsdiqinə nəzarət;
- Performansın idarə edilməsi və əməkdaşların qiymətləndirilməsi sistemlərinin təşkilində iştirak;
- Məzuniyyət uçotunun aparılması və qrafikə riayət olunmasına nəzarət;
- Kadr əmrlərinin hazırlanması; vəzifə təlimatlarının tərtibi və təsdiqi;
- Davamiyyət uçotuna nəzarət və mühasibatlığa təqdim edilməsi;
- Xəstəlik vərəqələrinin qeydiyyatı və uçotu;
- Arayışlar, yazışmalar və digər sənədlərin hazırlanması;
- Təlim ehtiyaclarının müəyyən edilməsi və inkişaf fəaliyyətlərinin planlaşdırılması;
- Şirkət mədəniyyəti və təşkilati dəyişiklik layihələrinin təşəbbüsü;
- Rəhbərliyin tapşırıqlarına əsasən hesabatların hazırlanması və digər HR işlərinin icrası.
Namizədlərə tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsi üstünlükdür);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər;
- MS Office və 1C proqramlarında biliklər;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Rus və İngilis dillərində sərbəst bilik;
- Güclü ünsiyyət bacarıqları, məsuliyyətli və komandada işləmə bacarığı.