Zəfər Bağları
Şirkət haqqında:
Şirkətin fəaliyyət növü haqqında ətraflı məlumatı www.afigroup.az saytı vasitəsilə əldə edə bilərsiniz.
“Agro Food İnvestments” MMC tərkibində təsis edilən “Zəfər Bağları” MMC yerli və xarici bazarı təmin etmək üçün, işğaldan azad edilmiş Ağdam, Xocalı və Füzuli rayonlarında bağçılıq fəaliyyəti ilə məşğuldur. Şirkətimiz hazırda Ağdam rayonunda 444.4 hektar və Xocalı rayonunda 708 hektar olmaqla, ümumilikdə 1152.4 hektar nar bağlarının becərilməsini həyata keçirir. Əlavə olaraq Füzuli rayonunda 160 hektar yeni badam bağları və Özbəkistan Respublikası ilə birgə 100 hektar qarışıq meyvə bağı şirkətimiz tərəfindən salınacaqdır.
Əlaqə vasitələri:
Mexanik
Namizədə dair tələblər:
Texniki bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili (yaxşı)
- Traktor və digər kənd təsərrüfatı texnikalarının təmiri ilə əlaqədar texniki biliklər
- Hidravlik və ya elektrik sistemləri üzrə biliklər
Yumşaq bacarıqlar
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
- Operativ olmalı
Xüsusi tələblər:
- Müvafiq sahə üzrə orta texniki təhsil
- Texniki sənədlərlə işləmə bacarığı
- Sürücülük vəsiqəsinin olması (B,C kateqoriya)
- İş təcrübəsi: Traktor və kənd təsərrüfatı texnikalarının təmiri sahəsində minimum 2 il iş təcrübəsi
- İş yeri Ağdam rayonunda yerləşdiyi üçün namizəd əraziyə yaxın şəhərdən olmalı (Ağdam, Bərdə, Tərtər və.s)
Əsas vəzifə öhdəlikləri:
- Kənd təsərrüfatı texnikalarının texniki baxış və təmir işlərinin həyata keçirilməsi
- Avadanlıqların düzgün və fasiləsiz işləməsini təmin etməkİstismar zamanı yaranan nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması
- Traktor və digər texnikaların texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət
- Ehtiyac yarandıqda ehtiyat hissələrinin dəyişdirilməsi və texniki diaqnostikanın aparılması
- Gündəlik və dövri texniki xidmət planlarının icrası
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Bərdə və Ağdam rayonlarından servis mövcuddur
- İş yeri: Ağdam rayonu
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq