Intermak Group

Şirkət haqqında:
“İntermak Group” MMC 2017-ci ildə qurulmasına baxmayaraq qısa zamanda öz sektrounun əsas şirkətlərindən birinə çevrilmişdir. Şirkətimiz dünyanın 10 böyük forklift və anbar avadanlıqları istehsalçısından biri olan “ANHUİ HELİ Co. Ltd.”-nin Azərbaycanda rəsmi nümayəndəsi olub geniş satış, icarə və servis şəbəkəsi ilə xidmət göstərməkdədir. Regionun əsas logistika və sənaye şirkətlərində 1 tondan 45 tona qədər yükqaldırma qabiliyyəti olan müxtəlif HELİ forkliftləri böyük rəğbət görməkdədir. Şirkətimiz eyni zamanda Çinin əsas səbətli platform istehsalçılarından biri olan “SİNOBOOM” şirkətinin əsas partnyorlarından biridir. 43 metrəyə qədər yüksəklikdə işləmə qabiliyyəti olan bu səbətli platformlar yüksək hündürlüklü tikinti layihələrində geniş istifadə olunmaqdadır. Bunlara əlavə olaraq tikinti texnikaları sahəsində qabaqcıl istehsalçılardan biri oan “LİU GONG” şirkəti ilə də geniş əməkdaşlığımız mövcuddur Bu avadanlıqlarla yanaşı şirkətimiz müxtəlif sahələrdə istifadə edilən kənd təsərrüfatı, tikinti texnikaları, yük maşınları, forklift və anbar avadanlıqları üçün təkər satışı da həyata keçirməkdədir. Bu sahədə Holland markası olan “MAGNA TYRES” şirkətinin Azərbaycanda əsas partnyoruyuq.
Əlaqə vasitələri:
SMM üzrə menecer
İş barədə məlumat
- Gündəlik gələn zənglərin və sorğuların cavablandırılması və aidiyyatı üzrə yönləndirilməsi
- Sosial media platformaları üçün strategiyanın hazırlanması və həyata keçirilməsi
- Kontent plan və post planlarının tərtib edilməsi
- Kreativ kopiraytinq bacarıqları ilə maraqlı və cəlbedici məzmunun hazırlanması
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması;
- Sosial media trendlərinin və yeniliklərinin izlənilməsi və tətbiq edilməsi
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):
- Ali təhsil (müvafiq sahə üzrə)
- Səlis nitq qabiliyyəti
- Cinsi - Qadın
- Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili yaxşı,Rus dili üstünlükdür.
- İş təcrübəsi: 1-3 il
- Komandada işləmək qabiliyyəti
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
- Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı
- Canva, Adobe İllustrator programlarında sərbəst işləmək bacarığı
Əlavə qeyd - İş üçün müraciət edən namizədlərdən portoliosunun və ya dizayn nümunələrinin göndərilməsi tələb olunur.
İş şəraiti
- İş qrafiki - 6 günlük
- Həftə içi 09:30 – 17:30
- Şənbə 10:00-15:00
- İş yeri: Bakı, Babək pr. 2360
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı – 700-800 AZN.