Ram Holding
Şirkət haqqında:
RAM Holdinq QSC-yə aid şirkətlərin fəaliyyəti 2005-ci ildən başlayır. Holdinqə aid 10-da artıq şirkət Azərbaycan Respublikası ərazisində və respublikanın hüdudlarından kənarda fəaliyyət göstərməklə 6 fərqli sektoru əhatə edir. Holdinq Azərbaycanda inşaat sektorundan kənd təsərrüfatı sektoruna, maliyyə sektorundan səhiyyə sahəsinə, nəqliyyatdan pərakəndəçiliyə qədər müxtəlif sahələri əhatə edən və öz ənənələri, dəyərləri, xidməti və keyfiyyəti ilə istər şirkətlər, istərsə də fərdi sahibkarların etibarını qazanmış bir şirkətlər ailəsidir. Qürurla deyə bilərik ki, bu ailəyə daxil olan bir neçə şirkət fəaliyyət göstərdiyi sektorda lider şirkətlərdəndir və onların hər biri öz bazarlarının inkişafında mühüm rollardan birini oynayır. Şirkətlərimizin əldə etdikləri uğurlar holdinqin bütün potensialının vahid və səmərəli inkişaf strategiyası ətrafında birləşərək, məqsədyönlü və planlı fəaliyyətin, texnologiyaların son nailiyyətlərinin doğru tətbiqinin, eləcə də effektiv idarəetmə sisteminin nəticəsidir. RAM Holding etibarlı tərəfdaşdır.
Əlaqə vasitələri:
Təchizat üzrə Təcrübəçi
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri yaxşı səviyyədə olmalı;
- MS Office proqramlarında işləmə bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- İnvoys, Ağırlıq Listi, CMR, Etibarnamə və Məktub tipli sənədlərin, müqavilələrin hazırlanması;
- 1C proqramında sifarişlərin işlənilməsi;
- İdxal rəyinin alınması;
- Müvafiq hesabatların hazırlanması və təmin edilməsi;
- Matrixlərin yığılması;
- Portallarda işlənilməsi ( LLK bazası, ALLİANCE və ya ADY bazası).
İş şərtlərimiz:
- Əmək haqqı: ödənilir;
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Nahar;
- İş yeri: Port Baku Towers 2
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat üzrə Təcrübəçi” yazaraq olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2287&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərə geri dönüş ediləcəkdir.



























Ram Holding