By Telecom
Şirkət haqqında:
Bytelecom şirkəti 2011-ci ildən etibarən Azərbaycanın mobil telefon bazarının ən etibarlı və dinamik brendlərindən olan dünyaca məşhur olan firmaların orijinal aksesuarları və elektron məhsullarının satışını təşkil edir. Qarşıdakı illərdə Azərbaycanda ən geniş mağazalar şəbəkəsinə malik olmağı hədəfləyən Bytelecom, müştərilərinə müxtəlif növ telefonları münasib qiymətə nağd və ya sərfəli kredit şərtləri ilə təklif edir. Bir çox dünya brendlərinin elektronik məhsullarının Azərbaycanda satışını həyata keçirir. Mövcud bazar şəraitinə yeni bir səs gətirməyə hazırlaşan Bytelecom, tezliklə daha böyük əraziləri əhatə etməyi planlaşdırır. Münasib qiymət strategiyası, sərfəli kredit şərtləri ilə şirkət bazarda qısa bir müddət ərzində alıcı kütləsinin diqqətini cəlb etmiş və məhsulların kütləvi satışına başlamışdır.
Əlaqə vasitələri:
Mobiloqraf
Bytelecom komandası Mobiloqraf axtarır!
Yaradıcı və dinamik komandamıza qoşulmaq üçün mobiloqraf vakansiyası elan edirik.
Vəzifə öhdəlikləri:
- Bytelecom mağazalarında və tədbirlərində Reels videolarının çəkilişini həyata keçirmək;
- Story formatında gündəlik kontentin hazırlanması üçün çəkilişlər etmək;
- Kampaniya, məhsul və korporativ fəaliyyətlərin vizual şəkildə çəkilib təqdim olunmasını təmin etmək;
- SMM komandası ilə koordinasiyalı işləmək.
Tələblər:
- Mobil çəkiliş sahəsində təcrübə;
- Reels və sosial media trendlərini izləmək;
- Kreativ baxış bucağı və estetik kadr quruluşu bacarığı;
- Operativ və məsuliyyətli olmaq.
İş şərtləri:
- Ay ərzində 7 iş günü;
- Layihə əsaslı əməkdaşlıq;
- Çəkilişlər əsasən Reels və Story kontentlərinin hazırlanmasını əhatə edir.





















