AzerGold CJSC
Şirkət haqqında:
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Əlaqə vasitələri:
Baş mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru
Əsas vəzifə öhdəlikləri:
- Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək üçün məlumatları hazırlayıb rəhbərinə təqdim etmək;
- Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunu aparmaq;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərini vaxtında ödəmək;
- Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq;
- Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini təmin etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
- Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları təmin etmək;
- Aylıq, rüblük, illik maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək;
- Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsini təmin etmək;
- Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin , eləcədə büdcəyə ƏDV-nin elektron köçürmələrinin aparılmasını təşkil etmək;
- Debitor və kreditor borclarının aylar üzrə hesablanması və mühasibatlıq proqramında işlənməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır;
- Microsoft Office və 1C proqramlarından yaxşı istifadə bacarığı;
- PMS sertifikatı;
- Analitik təhlill və komanda ilə işləmək bacarıqları, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik, Nizam-intizam, Təşəbbüskarlıq.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya müvafiq sahə üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.























