Best Soft
Şirkət haqqında:
"Best Soft" şirkəti öz fəaliyyətini 2009-cu ildə başlamışdır.
Bu gün "Best Soft" - yüksək səviyyəli və hərtərəfli mütəxəssislərin kollektividir, müasir texnologiyalar və iri layihələrin tətbiqində böyük təcrübədir, yüksək xidmət səviyyəsi, ticarət avadanlıqlarının və kompyuter texnikasının proqram təminatının son yenilikləridir. Bizim şirkətin fəaliyyəti, ilk növbədə, ticarət və kommersiya təşkilatlarında, istehsalatda, ictimai qida müəssisələrində və biznesin istənilən başqa sahələrində uçot və idarəetmə proseslərinin kompleks avtomatlaşdırılmasına yönəldilib, əsasən "1C" proqram məhsulların istifadəsi ilə. "Best Soft" şirkəti "1C" firmasının rəsmi Françayzidir, "1C-Bitriks", "Microsoft", "Datalogic", "AYİB" və sair müəssisələrin tərəfdaşıdır.
Biz şirkətimizin missiyasını aşağıdakı şəkildə ifadə etmişik: müştərilərimizə biznesin səmərəliliyinin artırılmasında kömək etmək və bunun nümunəsində iştirakçılara sevinc və məmnunluq gətirən etimada əsaslanan səmimi faydalı əməkdaşlığın mümkünlüyünü göstərmək! Əməkdaşlarımızın məqsədyönlülüyü və peşəkarlığı şirkətimizin uğurlu fəaliyyətinin əsasıdır.
Şirkətimiz əməkdaşlarının ixtisasının artırılmasına daim böyük diqqət yetirir. Hazırda şirkətimizdə informasiya texnologiyaları sahəsində nəyin ki ali ixtisas təhsilli, həm də böyük praktiki iş təcrübəsi olan yüksək ixtisaslı («1С:Professional», «1С:Mütəxəssis», «1С:Mütəxəssis-Məsləhətçi», Maliyyə mütəxəssisi, Layihələrin idarəedilməsi mütəxəssisi statusları kimi) mütəxəssislər işləyir.
Əlaqə vasitələri:
1C Mütəxəssis-məsləhətçi
amizədə tələblər:
- Cinsi: Kişi və ya qadın;
- Yaş həddi: 21-35;
- Ali və ya natamam ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq üstünlükdür);
- 1C proqramında mühasibat uçotu (Accounting) modulunu mükəmməl səviyyədə bilmək və bu sahədə praktiki təcrübə (əsas tələb);
- İstehsal və ticarət müəssisələrinin operativ, idarəetmə və mühasibat uçotunun əsaslarını dərindən bilmək;
- 1C:Müəssisə platformasında proqram məhsullarının layihələrdə tətbiqi (implementasiyası) və dəstəyi üzrə təcrübə;
- Biznes proseslərin analizi və mühasibatlıq tələblərinin proqram təminatına adaptasiyası bacarığı.
İşin təsviri:
- Mühasibat uçotu modulu üzrə istifadəçi tələblərinin analizi, proqramda sazlanması və funksionallığın optimallaşdırılması;
- 1C:Müəssisə bazasında proqram məhsullarının hazırlanması, layihələrdə tətbiqi və cari dəstəyin göstərilməsi;
- Mühasibatlıq və maliyyə hesabatlılığı üzrə proqramda dəyişikliklər və yeniliklər üçün tələblərin müəyyən edilməsi;
- Proqram məhsulunun təkmilləşdirilməsi məqsədilə texniki tapşırıqların (TZ) hazırlanması və proqramçılara ötürülməsi;
- Yerinə yetirilən dəyişikliklərdən və yeniliklərdən sonra proqram modullarının sınaqdan (testdən) keçirilməsi;
- İstifadəçi sənədlərinin (təlimatların) hazırlanması;
- İstifadəçilərə proqramla işləmək üçün təlimlərin keçilməsi və gündəlik məsləhətlərin verilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
- Şirkət hesabına qidalanma;
- Şirkət hesabına fitnes xidmətləri;
- Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır);
- Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar;
- Mehriban, dinamik və səmimi kollektiv;
- Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı;
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə).


















