Around Business Group
Şirkət haqqında:
AROUND BUSINESS GROUP — biznesin inkişafının bütün mərhələlərində onun effektivliyini artırmaq üçün kompleks idarəetmə həlləri üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir.
Artıq 24 ildir ki, biz aşağıdakı sahələrdə uğurla layihələr həyata keçiririk:
Ticarət marketinqi və treyd aktivasiyaları
Satışların və komandaların idarə olunması
Tədbirlərin və BTL aksiyalarının təşkili
Rəqəmsal prodakşn (digital production)
Kadrların seçimi və təlimi
Fəaliyyət sahəmizə Rusiya, Qazaxıstan, Azərbaycan və Dubay kimi ölkələr daxildir.
Bizə beynəlxalq və yerli brendlər etibar edir, çünki biz təcrübəni, kreativ yanaşmanı və sistemli işi bir araya gətiririk!
Əlaqə vasitələri:
Supervayzer
Beynəlxalq layihədə karyera imkanı! Supervayzer axtarırıq!
Artıq 25 ildən çoxdur ki, ticarət marketinqi, satış kanallarının inkişafı, kadr seçimi və rəqəmsal xidmətlər sahəsində uğurla fəaliyyət göstərən şirkətimizin böyüyən satış komandasına yeni Supervayzer axtarırıq!
Əgər komanda idarəetməsində təcrübəlisinizsə və beynəlxalq bir layihənin tərkib hissəsi olmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
Vəzifə öhdəlikləri:
- 10+ nəfərlik satış komandasının idarə olunması və motivasiya edilməsi;
- Ticarət nöqtələrində satış prosesinə və gedişatına birbaşa nəzarət;
- Komanda üzvlərinin yerində yoxlanılması, monitorinqi və təlimatlandırılması;
- Ticarət mərkəzlərinin rəhbərliyi ilə effektiv və uzunmüddətli əməkdaşlığın qurulması;
- İnzibati məsələlərin operativ həlli, material dəyərlərinə nəzarət və hesabatların hazırlanması.
- Müəyyən olunmuş satış planlarının və hədəflərin tam icra olunmasına nəzarət etmək
Namizədə dair tələblər:
- Tütün və ya alkoqol (FMCG) sahəsində menecer/supervayzer kimi minimum 1 illik iş təcrübəsi;
- Aktiv sürücülük bacarığı və şəxsi avtomobilin olması;
- Yaş həddi: 25 - 45;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (mütləqdir).
Biz nə təklif edirik?
- Maraqlı və perspektivli beynəlxalq layihədə iştirak imkanı;
- Azərbaycan Respublikası uyğun rəsmi əmək müqaviləsi;
- Karyera yüksəlişi və daimi peşəkar inkişaf;
- Rəqabətli əməkhaqqı;
- Güclü, dinamik və motivasiyalı komanda mühiti.


















