Azprotein Foods Group
Şirkət haqqında:
"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Əlaqə vasitələri:
Dezinfektor
“Az Protein Foods Group” MMC “Dezinfektor” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş həddi: 26-40 yaş;
- Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq;
- Gigiyena və sanitariya qaydalarına riayət etmək;
- Komandada işləmək bacarığı;
- Bu sahədə iş təcrübəsi üstünlük hesab olunur.
İş barədə məlumat
- Müəssisənin istehsalat və yardımçı sahələrində dezinfeksiya işlərini həyata keçirmək;
- Dezinfeksiya vasitələrinin düzgün hazırlanmasını və tətbiqini təmin etmək;
- Dezinfeksiya işləri zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
- İstifadə olunan avadanlıq və ləvazimatların saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Görülmüş işlərlə bağlı müvafiq qeydlərin aparılmasında iştirak etmək;
- Sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət etmək.
İş şəraiti:
- İş yeri: Buzovna qəsəbəsi;
- 6 günlük iş qrafiki;
- Gecə növbəsi
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis xidməti mövcuddur;
- Əmək haqqı: 500 AZN


















