Azprotein Foods Group
Şirkət haqqında:
"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Əlaqə vasitələri:
Ekspeditor
“Az Protein Foods Group” MMC “Ekspeditor” vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Yaş həddi: 25 - 45 yaş
- Staj: 3 - 5 il (Sosis/kolbasa, burger əti və digər ət məhsullarının satışı, Horeca kanalı üzrə təcrübə mütləqdir)
- BC kateqoriyalı sürücülük vəsiqəsi
- Şəxsi avtomobili olması mütləqdir
- İşində ciddi və məsuliyyətli olmalı
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb edilməsi;
- Bütün yeni kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
- Ticarət obyektlərində malların tam çeşidinin olmasına nəzarət edilməsi;
- Ticarət obyektlərində məhsulların düzülüşünün təmin edilməsi;
- Ticarət obyektlərində məhsulların təqdimatının keçirilməsi;
- Mövcud olan ticarət nöqtələrinin inkişaf etdirilməsi;
- Müəyyən edilən marşrut planı üzrə satış hədəflərinin planlaşdırılması və periodik olaraq yerinə yetirilməsi;
- Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak edilməsi;
- Satış standartlarına uyğun olaraq satış nöqtələrində işlərin həyata keçirilməsi;
- Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərinin izlənilməsi;
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına, sazlığına görə məsuliyyət daşımaq;
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkətin dəyər və prinsiplərinə uyğun davranmaq;
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.
İş şəraiti
- Əmək haqqı: 1400 Azn
- İş qrafiki: 6 günlük.
- Mobil nömrə şirkət tərəfindən verilir.
- Yanacaq və amortizasiya xərci qarşılanır.


















