Superfon
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Əlaqə vasitələri:
Brend menecer köməkçisi
Vəzifənin məqsədi:
- Şirkətin portfelində olan brendlərin inkişafı, bazarda mövqelərinin gücləndirilməsi və satış hədəflərinin dəstəklənməsi istiqamətində Brend Menecerinə operativ və analitik dəstək göstərmək, marketinq fəaliyyətlərinin koordinasiyasında iştirak etmək və brend performansının davamlı monitorinqini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Brend Meneceri tərəfindən hazırlanmış məhsul və satış strategiyalarının icrasında iştirak etmək;
- Bazar, müştəri davranışları və rəqiblər üzrə araşdırmalar aparmaq, əldə olunan nəticələr barədə Brend Menecerini məlumatlandırmaq;
- İstehsalçılar, təchizatçılar və digər tərəfdaşlarla gündəlik kommunikasiya və koordinasiyanı təmin etmək;
- Satış nöqtələrində təmsil olunan brendlərin məhsul çeşidinə nəzarət etmək və ehtiyac yarandıqda məhsulların satış nöqtələri arasında yerdəyişməsini təşkil etmək;
- Marketinq kampaniyalarının və tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Məhsul sifarişləri və təqdimatları üzrə materiallar hazırlamaq və Brend Menecerinə təqdim etmək;
- Satış və marketinq göstəricilərini izləmək, müvafiq hesabatlar hazırlamaq;
- Brendlərin satış performansını təhlil etmək və inkişaf imkanları üzrə təkliflər vermək;
- Məhsul qiymətləri, stok vəziyyəti və bazar tendensiyalarını izləmək;
- Brend Meneceri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Görülmüş işlər üzrə müntəzəm hesabatlar hazırlamaq və təqdim etmək.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlükdür);
- Marketinq və ya satış sahəsində minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur;
- FMCG, elektronika və ya mobil aksesuarlar sahəsində təcrübə üstünlükdür;
- Marketinq və brend idarəetməsi üzrə əsas biliklər;
- Analitik düşüncə və məlumatların təhlili bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
- Təqdimat və hesabat hazırlamaq bacarığı;
- Google Sheets, Google Analytics və digər analitika alətləri ilə işləmək bacarığı üstünlükdür;
- Bazar araşdırması və rəqib analizinin aparılması bacarığı;
- SMM və rəqəmsal marketinq alətləri üzrə ilkin biliklər;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqlarla işləmək bacarığı;
- Güclü ünsiyyət, komanda ilə işləmək və koordinasiya bacarıqları;
- Kreativ düşüncə və təşəbbüskarlıq.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

























