Aksent Design Group
Şirkət haqqında:
Agentlik 1998-ci ildən reklam xidmətləri bazarında mövcuddur. Bu iyirmi illik davamlı bir rəqabət tarixidir və buna görə də reklam və çap dünyasında öz sözünü deyir. Rəqəmsal çap, çöl reklamları, çap məhsullarının dizaynı sahəsində geniş xidmətlər təqdim edirik, həmçinin müxtəlif suvenir məhsulları və digər təqdimat materialları istehsalı xidmətləri təklif edirik. İşin keyfiyyəti çap və reklam sahəsindəki təcrübəmiz müştərilərimizə bizimlə əməkdaşlıqdan gözlənilən effekti tam təmin etməyə imkan verir. Əməliyyat çapı, hər hansı bir reklam ideyasının sizin üçün ən yaxşı həlli ilə təmin edirik. Kiçik sifarişlər istisna deyil.
Əlaqə vasitələri:
Satış B2B Manager
Vakansiyanın təsviri:
- Yeni müştəri bazasının yaradılması və mövcud müştərilərlə münasibətlərin gücləndirilməsi.
- Satış strategiyalarının hazırlanması və icrası.
- Müştəri ehtiyaclarını anlamaq və onlara uyğun məhsul/təklif təqdim etmək.
- Müştəri məmnuniyyətini artırmaq üçün xidmət keyfiyyətini təmin etmək.
- Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək;
- Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;
- Korporotiv/Fərdi görüşlər, müştərilərlə düzgün ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
Tələblər:
- Ünsiyyətcil və inandırma bacarığı;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Azərbaycan dilini səlis bilməlidir, rus ingilis dili arzu olunandır
- İş təcrübəsi: Satış sahəsində azı iş stajı 1 il
Təklif edirik:
- Əmək haqqı 1000 AZN + satışa görə bonus
- Azerbaycan Respublikasının ƏM-ə uyğun rəsmiləşmə
İş qrafiki:
- 5 gün: 10:00-19:00
- 6-cı gün: 10:00-15:00
- Bazar günü istirahət





















