İnterium.az
Şirkət haqqında:
Interium yaşayış və kommersiya məkanları üçün interyer dizaynı, layihələndirmə, təmir-tikinti və fərdi mebel həlləri təqdim edən şirkətdir. Məqsədimiz funksional, estetik və müasir məkanlar yaratmaqla müştərilərimizin gözləntilərini aşmaqdır. Peşəkar komandamız hər layihəyə fərdi yanaşaraq ideyadan tam təhvila qədər bütün mərhələləri yüksək keyfiyyət standartları ilə icra edir.
Əlaqə vasitələri:
İnteryer dizayner
Vəzifə öhdəlikləri:
- Müştərilərin tələblərinə uyğun interyer dizayn konsepsiyalarının hazırlanması;
- 2D və 3D vizualizasiya layihələrinin hazırlanması;
- İşçi layihələrin, texniki çertyojların və detal həllərinin (planlar, tavan planları, döşəmə planları, yüksəkliklər və s.) hazırlanması;
- Müştərilərlə görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
- Təmir prosesinin layihəyə uyğun icrasına nəzarət;
- Texniki tapşırıqların hazırlanması və podratçılarla koordinasiya.
Tələblər
- Ali təhsil
- AutoCAD, 3ds Max, Corona Renderer, SketchUp və Photoshop proqramlarında işləmək bacarığı;
- İnteryer dizayn sahəsində iş təcrübəsi;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
- Stresə davamlı, nəticəyönümlü və təşəbbüskar olmaq;
- Güclü yaradıcılıq və estetik baxışa malik olmaq;
- Rus dili biliyi üstünlük hesab olunur;
- Portfolionun olması mütləqdir.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- Vakansiya növü - Tam ştat


















