Azerbaijan SuperMarket

Şirkət haqqında:

Hədəfimiz nədir?
Bizim ambisiyamız Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə həmişə milli dəyərlərə bağlı olan və ölkəyə qürur verən ən etibarlı brend olmaqdır.
Missiya
Biz hədəfimizə necə nail olmağı planlaşdırırıq?
Müştərilərimizi qida, qeyri-qida məhsulları barədə məlumatlandırmaq və beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, bizim məqsədimiz yüksək keyfiyyətli innovativ məhsullar təklif etmək, həmçinin müştərilərimizi ruhlandırmaq, müsbət mənada təəccübləndirmək və həmişə orta gəlirli ailələr üçün münasib qiymətlər təqdim etməkdir.
Dəyərlər
Bizim məramımız nədir və biz necə davranırıq?

Biz:

Populyarıq
Əlçatanıq
Etibarlıyıq
Rahatıq
Liderik

Əlaqə vasitələri:

Satıcı-kassir

“Azərbaycan Supermarket” MMC ( Bravo) İsmayıllı filialına Satıcı-kassir vakansiyası elan edir

Vakansiyanın adı: Satıcı-kassir

İş yeri: Bravo (İsmayıllı)

Vəzifə öhdəlikləri:

  • Malların adının, ümumi qiymətinin, çəki/miqdarının kassa aparatının ekranında əks olunmasına və reallığa uyğunluğuna əmin olduqdan sonra yekun hesabı alıcıya bildirmək, eləcə də açıla bilən qutularda olan məhsulları açıb yoxlamaq;
  • Satışı reallaşmış malların yekun hesabını alıcıdan nağd formada sayaraq qəbul etmək, eləcə də ödənişin nağdsız qaydada post terminal və ya şirkətdə keçərli olan xüsusi ödəniş kartları vasitəsilə həyata keçirilməsini təmin etmək, alıcılara onların alış-veriş qəbzlərini təqdim etmək, əgər hesab qalığı varsa geri qaytarmaq;
  • Pulları məsul şəxslərlə birlikdə təlimata uyğun saymaq, ümumi məbləğin satılmış malların satış dəyəri ilə uyğunluğunu yoxlamaq və əmin olmaq;
  • Yaşa görə məhdudiyyət qoyulan mallar üçün alıcıların yaşının uyğunluğunu yoxlamaq və qanunvericiliyin tələblərinə əməl etmək;
  • Kassada kifayət qədər xırda pul olmadığı təqdirdə baş xəzinədara və ya məsul şəxsə məlumat vermək;
  • İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirmək;
  • Məhsulları FİFO və FEFO qaydalarına uyğun olmaqla rəflərə yerləşdirmək.
  • Qiymət etiketlərinin mövcudluğunu mütəmadi yoxlamaq, yenilənmiş qiymət və endirim etiketlərini vaxtlı-vaxtında yerləşdirmək.
  • Məhsulların keyfiyyəti və son istifadə tarixləri üzrə mütəmadi yoxlanışlar həyata keçirmək, əlaqəli problemləri aşkar edib vaxtında aradan qaldırmaq.
  • Kassa aparatları, POS-terminallar və nəzərdə tutulmuş digər ödəniş cihazlarından düzgün istifadə etmək, kassa əməliyyatlarını dəqiqliklə icra etmək.
  • İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;
  • Yüksək səviyyəli xidmət təmin edərək müştəriləri qarşılamaq və onlara suallarını cavablamaq, təklif və ya şikayətləri həll etmək və ya qeydə alıb daha birbaşa rəhbərliyə təqdim etmək.
  • Səliqəli görünmək, geyim (iş forması, yaxalıq və s.) və şəxsi gigiyena qaydalarına riayət etmək.
  • İş prosesində muhafizə və təhlükəsizlik qaydalarına, daxili normativ qaydalara (SƏTƏM, SOP və s.) və qanunvericilik tələblərinə (AQTA və s.) riayət etmək.
  • İşlə əlaqədar təyin olunmuş digər tapşırıqları vaxtında və düzgün şəkildə icra etmək.

Vəzifə üzrə tələblər:

  • Orta təhsil (ali təhsil üstünlükdür);
  • Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
  • Etik davranış və müştəri məmnuniyyətinə yönəlik peşəkar münasibət;
  • Səbirli, nəzakətli və komandada işləmə bacarığı;
  • Dürüstlük və etibarlılıq.
  • Həftəlik növbə cədvəlinə uyğun işləmə öhdəliyi;

Əmək şərait:

  • Növbəli qrafik: 1 gün istirahət
  • Əmək haqqı: 400 AZN net + nahar kartı + satışdan bonus

Vakansiya üzrə müraciətləri 051 225 89 23 nömrəsinə edə bilərsiniz. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap