Azneftemaş ASC
Şirkət haqqında:
Müəssisəmiz 1999-cu ildə səhmdar cəmiyyəti olduqdan sonra,neft və qaz sənayesində istifadə olunan avadanlıqlar:qazıcı qurğular, yüksək təzyiqli siyirtmələr, xüsusi təyinatlı texnikalar, və muxtəlif alətlər yüksək keyfiyyətlə istehsal edilir. Zavodda 980 işçi calışır. Avadanlıqlar Azərbaycan Respublikasının və MDB ölkələrinin neft və qaz sənayesində istifadə olunur. İstifadə olunan avadanlıqlar məhz neftçilərin tələblərinə uyğun qurulmuşdur. Əsas istehsal sahələri ilə yanaşı müəssisədə poladəritmə sexi və müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir.
Müəssisəmiz dünya bazarına çıxmaq üçün rəqabətə davamlı və keyfiyyətli avadanlıqların yaraılması üçün işlər aparır.
Əlaqə vasitələri:
Xarici bazarlar üzrə satış mütəxəssisi
Vəzifə məsuliyyətləri:
- Xarici bazarlarda yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- Potensial tərəfdaşlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Məhsulların markalanması, qablaşdırılması və keyfiyyətinə nəzarət
- İxrac sənədlərinin hazırlanması və logistika prosesinin təşkili
- Satış və stok üzrə mütəmadi hesabatların hazırlanması və təhlili
- Müqavilələrin hazırlanmasında və danışıqların aparılmasında iştirak etmək;
- Satış planlarının icrasını təmin etmək;
- Müştəri bazasının idarə edilməsi və mütəmadi hesabatların hazırlanması;
- Beynəlxalq sərgi, forum və işgüzar görüşlərdə şirkəti təmsil etmək.
İş şəraiti
- Əmək haqqı müsahibə zamanı, qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
- İş vaxtı: I-VI günlər; 09:00 - 18:00
- Müəssisənin ünvan: Bakı şəhəri, Heydər Əliyev pr 106B
Namizəd üçün tələblər:
- Müvafiq sahədə Ali təhsil
- Yaş aralığı 21-40
- Xarici satış və ya beynəlxalq ticarət sahəsində minimum 1 il iş təcrübəsi
- Dil bilikləri – azərbaycan, rus, ingilis
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Beynəlxalq satış, xarici ticarət, ixrac əməliyyatları və ya satış texnikaları üzrə kurs və sertifikatların olması üstünlükdür.




















