Amper Elektrik
Şirkət haqqında:
“Amper” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod, fabrik, servis və ticarət mərkəzləri ilə əməkdaşlıq edir, onları mütəmadi olaraq mal və materiallarla təmin edir. Əməkdaşlıq etdiyimiz hər bir sektorda fəaliyyət göstərən müştəriyə yüksək keyfiyyətdə xidmətin göstərilməsi üçün və ölkə bazarında qazandığımız etibarın daha da artırılması üçün təmin etdiyimiz hər bir məhsulun keyfiyyətinə zəmanət verir və avadanlıqların servisini operativ şəkildə hə- yata keçiririk. Bununlada sizin etimadınızı daha çox qazanaraq , sizinlə da-ha uğurlu əməkdaşlıq etməyə səy göstəririk.
Əlaqə vasitələri:
Anbar Fəhləsi
Əmək funksiyaları:
- Anbar daxilində gündəlik səliqə-sahman işlərini həyata keçirir.
- Qaimə əsasında məhsulların yığılması və Anbardar köməkçisinə təhvil verilməsini təmin edir.
- Yoxlanılmış məhsulların nəqliyyat vasitələrinə yüklənməsi və daşınması üçün hazır vəziyyətə gətirilməsini təmin edir.
- Anbara daxil olan və ya gedən məhsulların yüklənmə boşaldılması işlərini icra edir.
- Yeni daxil olan məhsulların qəbulu zamanı onların çeşidlənməsi və nizamlanması işlərində mal qəbul edənə köməklik göstərir.
- Anbarda məhsulların anbar standartlarına uyğun şəkildə yığılmasını təmin edir.
- Anbar sayımları zamanı malların sayılması, çeşidlənməsidə anbardara köməklik edir.
- Zəruri hallarda şirkətin digər anbarlarına dəstək olur.
- Rəhbərliyiv verdiyi digər tapşırıqları icra edir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.
Təhsil tələbləri:
- Orta təhsil
- Staja dair tələb: 6 ay iş tıcrübəsi
İxtisas səriştələri:
- Məsuliyyətlilik
- Diqqətlilik
- Çeviklik
- Komanda ilə işləmə bacarığı
- Fiziki cəhətdən sağlamlıq
- Oxuma-yazma bacarığı
- Riyazi hesablama bacarığı
- Dil bilikləri: Azərbaycan dili






















Amper Elektrik