JET Academy
Şirkət haqqında:
irkət haqqında
IT sahəsində tədris xidmətləri göstərən qabaqcıl tədris mərkəzlərindən biridir. Fəaliyyətə 2021-ci ilin Yanvar ayından başlayıb və bugünədək yüzlərlə uğurlu mütəxəssis yetişdirmişdir.
Əsas tədris istiqamətləri aşağıdakilardır:
- Front-End developer
- Back-End Developer
- Full-Stack Developer
- AI Engineering
- Machine Learning
- IT Technician
- IT Help Desk
- Cybersecurity
JET Academy nə təklid edir:
- Peşəkar və yüksək təcrübəyə malik təlimçilər;
- Rahat və avadanlıq ilə təchiz edilmiş dərs otaqları;
- Nəzəri + Praktiki dərslər və müasir lablar üzərində təcrübə;
- Hər tələbəyə fərdi yanaşma və təcrübəli mentorlar tərəfindən dəstək;
- Karyera dəstəyi: şirkətlərə və startaplara yönləndirmə;
Əlaqə vasitələri:
Satış Meneceri
JET Academy komandasında fəaliyyət göstərəcək, satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Namizədə tələblər:
- Yaş: 22+
- Satış sahəsində 2 il + iş təcrübəsi;
- Təhsil və xidmət sektorunda satış təcrübəsi üstünlükdür;
- Rus dili biliyi mütləqdir;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Müştərilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
- Satış hədəfləri ilə işləmə təcrübəsi;
- Etirazlarla işləmək və müştərini düzgün yönləndirmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticə fokuslu olmaq.
Əsas vəzifə öhdəlikləri:
- Tədris proqramları haqqında potensial tələbələrə ətraflı məlumat vermək;
- Daxil olan müraciətləri idarə etmək və tələbə konsultasiyalarını həyata keçirmək;
- Potensial tələbələrlə əlaqə yaradaraq qeydiyyat prosesini həyata keçirmək;
- Satış planlarının və aylıq hədəflərin icrasını təmin etmək;
- Mövcud və potensial tələbə bazası ilə davamlı əlaqə saxlamaq;
- Müştəri məmnuniyyətinin qorunması və satış prosesinin effektiv idarə olunması;
- Gündəlik və aylıq satış hesabatlarının hazırlanması.
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 gün ( 09:30-18:30 )
- Maaş: 1000-1800 AZN (fix + bonus)
- İş yeri: Bakı şəhəri, Olimpiya küçəsi 6A (Gənclik Mall və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaxınlığı).
























