Fortis Construction
Şirkət haqqında:
Fortis tikinti şirkəti daşınmaz əmlak bazarında öz innovativ layihələri, tikinti prosesində tətbiq etdiyi Avropa texnologiyaları, eləcə də ucaltdığı binaların Bakı şəhərinə xas memari ənənələri əks etdirən orijinal üslubla fərqlənir.
Əlaqə vasitələri:
Layihə rəhbəri
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və ümumi idarə olunması
- Layihənin büdcə, vaxt qrafiki və keyfiyyət göstəricilərinə uyğun icrasının təmin edilməsi
- Layihə sənədlərinin (plan, işçi cizgilər, smeta və s.) koordinasiyası və nəzarəti
- Tikinti sahəsində görülən işlərə gündəlik və mütəmadi nəzarət
- Podratçı və subpodratçıların işinin təşkil edilməsi və nəzarətdə saxlanılması
- Mühəndis, memar, texniki nəzarətçi və digər mütəxəssislərlə koordinasiyalı işin qurulması
- Material və texniki resursların vaxtında təmin edilməsinə nəzarət
- Layihə üzrə risklərin müəyyən edilməsi və operativ həllərin verilməsi
- Dövlət tikinti norma və qaydalarına əməl olunmasının təmin edilməsi
- Layihənin mərhələlər üzrə icrasına dair rəhbərliyə mütəmadi hesabatın verilməsi
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
Tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi, Memarlıq və ya müvafiq sahə üzrə)
- Tikinti sahəsində minimum 5-7 il iş təcrübəsi
- Layihə idarəetməsi sahəsində təcrübə
- Tikinti norma və standartlarını yaxşı bilməsi
- Smeta, büdcə və vaxt qrafiki ilə işləmə bacarığı
- AutoCAD və MS Office proqramlarında işləmə bacarığı
- Liderlik, təşkilatçılıq və qərarvermə bacarığı
- Komanda idarəetmə təcrübəsi
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır
- Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma
İş şəraiti
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Razılaşma yolu ilə
























