Makromed MMC
Şirkət haqqında:
MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının bir hissəsidir (https://makromedicine.com/). Biz dünyanın bir çox aparıcı əczaçılıq şirkətləri ilə əməkdaşlıq edirik. Azərbaycan əczaçılıq bazarının xüsusiyyətlərini nəzərə alaraq Makromed MMC peşəkar mütəxəssislər qrupu sayəsində yüksək səviyyəli əczaçılıq xidmətləri təklif edir. Ciddi və hərtərəfli tədqiqatlara əsaslanaraq, həcmindən asılı olmayaraq diqqətimizi çəkən hər bir məsələyə obyektiv yanaşırıq. Bütün məlumatları dəqiqliklə izləyir və yalnız ənənəvi məlumatları deyil, həm də həyata keçirilə bilən və müştərilərimizə məlumat üstünlüyü yaradan daha dərin və hətta kəskin fikirləri təqdim edirik. Ən yüksək peşəkarlıq standartlarına əsaslanaraq, dürüst qiymətləndirmə, real vaxt, etibarlı mənbə, dəqiq təqdimatlar və effektiv tənzimləmə strategiyası təmin edirik.Makromed MMC 2024cü ildən Özbəkistandada fəaliyətə başlamışdır.
Əlaqə vasitələri:
Dərman Vasitələrinin Qeydiyyatı üzrə Menecer
İş barədə məlumat:
- Dərman vasitələri və BFMQƏ qeydiyyat proseslərinin “Qeydiyyat Vəsiqəsi” əldə olunana qədər idarə edilməsi və bütün mərhələlər üzrə müşayiəti;
- Qeydiyyat sənədlərinin ingilis dilində yoxlanılması, tələblərə uyğun şəkildə hazırlanması və qeydiyyat prosesinə təqdim edilməsi;
- Dövlət qurumları və beynəlxalq tənzimləyici orqanlarla yazışmaların və koordinasiyanın aparılması;
- Ərizəçi tərəfindən təqdim olunan sənədlərin yoxlanması– struktur, uyğunluq, tamlıq və texniki səhvlərin olub-olmamasını qiymətləndirmək.
- Əgər sənəddə uyğunsuzluq və ya çatışmazlıq varsa, onu şirkətin RA komandasına bildirmək və düzəliş tələb etmək.
İş şəraiti
- İş qrafiki: 09:00–18:00, (08:00-17:00;08:30-17:30) həftənin 5 iş günü.
- Ünvan: Bakı, Svetlana Məmmədova küç.-203C, Nəsimi metrosuna yaxın.
- Əməkhaqqı 800 - 1500 Azn
Namizədə tələblər:
- Ali tibbi və ya əczaçılıq təhsili;
- Minimum 1 il iş təcrübəsi (dərman vasitələrinin qeydiyyatı sahəsində təcrübə üstünlükdür);
- Dərman vasitələrinin qeydiyyatı ilə bağlı yerli qanunvericilik barədə biliklərə sahib olmaq;
- Azərbaycan, ingilis və rus dillərində sərbəst yazmaq və danışmaq bacarığı;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook, Internet) sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı, təşəbbüskarlıq, detallara diqqət və komanda ilə işləmə
- bacarığı.
Əlaqə: +994 (55) 707 10 80
























