Resident Manager
Vəzifə üzrə əsas öhdəliklər:
- Rezidentlərin müraciətlərini qəbul etmək, qeydiyyata almaq və icrasına nəzarət etmək (internet xidmətlərinin qoşulması, nəqliyyat vasitələrinin qeydiyyatı, giriş kartları və digər xidmətlərin təşkili).
- Rezidentlərə yaşayış və kompleks tərəfindən təqdim olunan xidmətlərlə bağlı məlumat vermək.
- Sakinlərlə görüşlər keçirmək və idarəedici şirkətin maraqlarını təmsil etmək.
- Texniki və servis xidmətləri tərəfindən müraciətlərin vaxtında icrasına nəzarət etmək.
- Kommunal və xidmət haqları üzrə borclarla bağlı sakinlər və mənzil sahibləri ilə əlaqə saxlamaq.
- Öz səlahiyyətləri çərçivəsində debitor borcların uçotunu və nəzarətini həyata keçirmək.
- Rezidentlərin müraciətləri üzrə sənədləşməni aparmaq və məlumat bazasının aktuallığını təmin etmək.
- Rezidentlərin məsələlərinin həlli üçün podratçı təşkilatlar və daxili şöbələrlə koordinasiyanı təmin etmək.
Namizədə tələblər:
- Yaşayış komplekslərinin idarə olunması və istismarı sahəsində baza bilikləri.
- Müştəri xidməti standartları üzrə biliklər.
- Şikayət və mübahisəli halların idarə olunması bacarığı.
- İşgüzar yazışma və danışıqlar aparmaq bacarığı.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst.
- Rus dili – sərbəst.
- İngilis dili – orta.
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Sea Breez. Marina Village Residence
























