AzəriMed MMC
Şirkət haqqında:
Azeri Med MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azeri Med MMC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med MMC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Tibbi nümayəndə
Vəzifə öhdəlikləri
• Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək;
• Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
• Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
• Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
• Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi;
• Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
• Bazar araşdırması etmək və satış kanallarını artırmaq;
• Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq.
Bütün uyğun namizədlər “Tibbi nümayəndə” mövzusu ilə [email protected] ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Əlavə suallar üçün 055-500-60-65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Əmək şəraiti
İş şəraiti:
• İş qrafiki: I-V günlər - 09:00-18:00
• Əmək haqqı: 700-1000 AZN + Bonus sistemi mövcuddur.
Namizədə tələblər
• Təhsil: Ali və ya orta təhsil (Tibb təhsili üstünlükdür);
• Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə iş təcrübəsi üstünlükdür;
• Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi;
• Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point);
• Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.


















