Massi
Şirkət haqqında:
Massi MMC şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət Azərbaycanda dünyanın nəhəng avtomobil markalarından olan Toyota, Chevrolet, Volkswagen, Ford və Hyundai avtomobillərinin lizinq yolu ilə satışını həyata keçirir. Massi MMC nin əsas məqsədlərindən biri də avtomobillərin müştərilərə üstün xidmət və yüksək keyfiyyətlə təqdim olunmasıdır. Bunun nəticəsi olaraq isə Massi MMC qısa müddət ərzində ölkənin ən üstün lizinq şirkətlərindən biri olmağı bacardı.
Niyə Massi MMC ? Massi MMC sizə üstün xidmət və yüksək keyfiyyətdən əlavə, təqdim olunan avtomobillər üçün 1 illik rəsmi zəmanət verir.
Əlaqə vasitələri:
Sürücü
Namizədə tələblər
- Xanım namizəd
- Səbrli, təmkinli olmalı
- Uşaqların yanında digər sürücülərə qarşı davranışına diqqət etməli
- Uşaqlarla ünsiyyətinə diqqət etməli
- Uşaqlara və evin xanımına müraciət edərkən “siz” deyə müraciət olunmalı
- Məsuliyyətli və işində dəqiq
- Gülərüz, punktual, intizamlılıq, səliqəli
- Sürücülük üzrə 3 il və daha çox iş təcrübəsi
- Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə
- Bakı şəhərində əraziləri tanıma – yaxşı səviyyədə
- Avtomobilin təmiz saxlanılmasına diqqət etmək
- Yaş həddi 25-50
- Hicablı xanımlar da müraciət edə bilər
- Ev sahibəsinin tapşırıqlarını vaxtında icra etmək (Evə bazarlıq edilməsi və s.)
İş şəraiti:
- Əmək haqqı: 1200 AZN
- Avtomobil ailə tərəfindən təmin ediləcək
- İş rejimi: 09:00-dan 20:00-dək (nahar fasiləsi 1 saat, həftədə 1 dəfə İstirahət günü)
- İşin bitmə saatı yeni tədris ili başlayanda məktəb vaxtına uyğun tənzimlənəcək
- İş yeri: Babək pr.


















