Bakinity Distribution MMC
Şirkət haqqında:
Cəmiyyətin fəaliyyət növü haqqında ətraflı məlumat, -Bakinity şirkəti 2001-ci ildə yaradılıb.
2016-cı ilin yanvarından pərakəndə satış istiqaməti müstəqil şirkətə çevrildi. Pərakəndə satış istiqaməti kompüter və ofis avadanlığı satışı sahəsində fəaliyyət göstərir, ölkədə məhsul və İT-xidmətlərinin geniş spektrini təqdim edir.
Biz bir sıra müxtəlif məhsullar və aparıcı şirkətlərin avadanlıqlarını:
- kompüter avadanlıqları,
- əlavə hissələr,
- noutbuklar,
- kompüter və ofis üçün periferik qurğular,
- serverlər,
- şəbəkə və operator avadanlıqları,
- eləcə də aparıcı şirkətlərin lisenziyalı proqram təminatını təklif edir.
Cəmiyyətin məqsədi müştəriləri ən yeni yüksək keyfiyyətli texnologiyalar və kompüter məhsulları ilə təmin etməkdir.
Əlaqə vasitələri:
Biznes analitiki üzrə Baş Mütəxəssis (Senior Business Analysis Specialist)
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi.
- Biznes proseslərinin müəyyən edilməsi, modelləşdirilməsi və optimallaşdırılması.
- Funksional testlərin aparılması və istifadəçi qəbul testlərində (UAT) iştirak edilməsi.
- Layihə idarəetmə proseslərinə dəstək göstərilməsi.
- Biznes və texniki komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi.
- Yeni funksionallıqlar üzrə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi.
- SWOT təhlili və iş axınlarının hazırlanması.
- İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin edilməsi.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya texnologiyaları və ya müvafiq sahə üzrə).
- IT Biznes Analitik sahəsində minimum 5 il iş təcrübəsi.
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları.
- BPMN, UML kimi proses modelləşdirmə metodologiyaları üzrə biliklər (üstünlükdür).
- Agile, Scrum və ya digər layihə idarəetmə metodologiyaları üzrə təcrübə.
- SQL, API-lərlə işləmə bacarığı (üstünlükdür).
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları.
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi əlavə üstünlükdür).
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.


















