Fostanpak MMC
Şirkət haqqında:
Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir.Həmçinin bu sahədə bir çox xarici şirkətlərin , Almaniya, Türkiyə, Danimarka, Polşa , Ukrayna, Rusiya, Malayzia , Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.
Əlaqə vasitələri:
Brend Menecer
Vəzifə öhdəlikləri:
- Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq;
- Məsul olduğu bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək;
- Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək;
- Brend strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Brendin bazarda mövqeyinin gücləndirilməsi üçün marketinq və kommunikasiya planlarının hazırlanması;
- Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək;
- Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək;
- Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi;
- Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi;
Tələblər:
- Ali təhsil (Marketinq, Satış və ya əlaqəli sahələr üzrə);
- Şəxsi avtomobil mütləqdir.
- Brend strategiyası və kampaniya idarəetməsi üzrə biliklər;
- Analitik düşünmə və bazar analiz bacarığı;
- Güclü təqdimat bacarığı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel );
- Rus və ya İngilis dili bilikləri;
- Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı.
Təminatlar:
- Əmək haqqı: nett 1000-1500 Azn aralığında;
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- İş yeri: Bakı şəhər, Binəqədi rayon,Binəqədi qəsəbəsi


















