Melissa Group
Şirkət haqqında:
2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.
Əlaqə vasitələri:
Smeta mühəndisi
Vəzifə öhdəlikləri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq vəzifədə minimum 3 tikintidə təcrübə;
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
- MS Project, AutoCad, 1C biliyi;
- 35-45 yaş arası namizədlər.
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
- İş rejimi: 5 günlük iş qrafiki ilə təyin olunur.
- İş yeri: Melissa Group (Baş ofis)



















Melissa Group